Bu, 100-ə yaxın normativ hüquqi aktı əhatə edən, 11 məcəllə və 50-yə yaxın qanuni dəyişikliyi özündə ehtiva edən islahat paketidir. İslahat üzərində böyük ekspert qrupu ilə olduqca gərgin iş aparırıq. Əlilliyin dəyərləndirilməsində yeni meyarlar tətbiq ediləcək. Artıq orqanizmin funksiyalarının pozulmasından irəli gələrək müəyyən həyat kateqoriyalarının nə dərəcədə məhdudlaşdığı əsas götürüləcək.
ONN media xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Sabir Qocayev əlilliyin qiymətləndirilməsi ilə bağlı yeni meyarlara aydınlıq gətirərkən deyib.
“Bu islahat tələb edir ki, nazirliyin bu sahədə tibbi sosial ekspert komissiyaları, mütəxəssislər, eləcə də səhiyyə sektorunda olan aidiyyəti şəxslər ciddi təlimlərə cəlb edilsin. İnformasiya sistemlərində və proqram təminatlarında aidiyyəti üzrə təkmilləşmə təlimləri aparılsın. Bu islahatların tətbiqi əlilliyin təyin olunması sahəsində ünvanlılığın və şəffaflılığın təmin edilməsinə əlavə töhfə verəcək. Bu da əhalimizə bu sahədə göstərilən xidmətin daha əlçatan olmasını təmin edəcək. Məsələn, amputasiya halında və ya 1 gözün funksiyasını itirməsi zamanı əvvəllər hər ikisində 3-cü dərəcəli əlillik dərəcəsi yazılırdı. Bu, yeni qaydalarda fərqli göstəricilərlə dəyərləndiriləcək. Biri 30%, digəri 40% və ya 50% ola bilər. İndiki 3-cü dərəcəyə uyğun gələn yeni meyarlarda yanaşma 30-60% arasında dəyərləndiriləcək. Bu da həmin şəxslərə ünvanlı sosial yardım və xidmətlərin göstərilməsinə bizə imkan verəcək”, - qurum rəsmisi bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Qanun 2022-ci ilin 1 iyunundan etibarən qüvvəyə minəcək.(axar.az)



Bu şəxslərə ödənişlər dayandırıldı - QƏRAR
“Əlillik” altsistemində yeniliklər tətbiq edildi
Qarabağ qazisi: “Mən qəza etməmişəm ki, 3-cü qrup əlillik verilir” – VİDEO
Əlilliyin təyin edilməsi ilə bağlı yeni qaydalar təsdiqləndi
Əlillik dərəcəsi verən komissiyalar işləyir? – Nazirlikdən AÇIQLAMA
Saxta əlilliklə bağlı 266 nəfərin sənədləri Baş Prokurorluğa göndərildi
Azərbaycanda əlilliyin müəyyənləşdirilməsi meyarı dəyişdirildi - Prezident TƏSDİQLƏDİ
Bu şəxslərin əlillik təyinatları ləğv edilib
16 vəzifəli tibb işçisi işdən çıxarılıdı - SƏBƏB?
Qazilərə şad xəbər- GƏLƏN AYDAN...
Əlillik BU QAYDALARLA müəyyən ediləcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 