Dövlət İmtahan Mərkəzi avqustun 19-da 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib.
DİM-dən verilən məlumata görə, bu mərhələdə III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən və jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş abituriyentlər iştirak ediblər.
İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz şəhərlərində təşkil olunub. İmtahanın keçirilməsinə 10 imtahan binası, 59 zal, 12 imtahan rəhbəri, 78 nəzarətçi-müəllim, 20 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub.
İmtahan bütün binalarda saat 10:00-da başlanıb və 2 saat 30 dəqiqə davam edib.
İmtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə təklif olunan 210-dan çox mövzu arasından 3 mövzu seçilib və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılıb. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazıblar.
İmtahan nəticələri yaxın günlərdə - yazı işlərinin yoxlanılması prosesi başa çatdıqdan sonra elan olunacaq.
İmtahandan məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı jurnalistika ixtisasını ərizələrində qeyd edə biləcəklər. Həmin abituriyentlər nəticələr elan olunduqdan sonra ixtisas seçimi etməlidirlər.



Jurnalist olmaq istəyənlərin NƏZƏRİNƏ
DİQQƏT- Qabiliyyət imtahanı başa çatdı
“Jurnalistika” ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə!
DİM tərəfindən növbəti imtahanlar keçirilir
Bu ixtisas üzrə qabiliyyət imtahanı keçirilir
Bu gün növbəti qəbul imtahanı keçirilir
II və III ixtisas qrupları üzrə qəbul imtahanı başa çatdı
Bu gün buraxılış imtahanı keçirilir
Jurnalistikaya qəbul imtahanı keçirildi
Abituriyentlərin DİQQƏTİNƏ!- Şərtlər açıqlandı
DİQQƏT: Nəticələr açıqlandı
Bu şəxslərin DİQQƏTİNƏ - Nəticələr açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 