Dövlət İmtahan Mərkəzi avqustun 6-da ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib.
ONN media xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.
Bu mərhələdə III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən və jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş abituriyentlər iştirak ediblər.
İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz şəhərlərində təşkil olunub. İmtahanın keçirilməsinə 10 imtahan binası, 39 zal, 12 imtahan rəhbəri, 47 nəzarətçi-müəllim cəlb olunub.
İmtahan bütün binalarda saat 10:00-da başlanıb və 2 saat 30 dəqiqə davam edib.
İmtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə təklif olunan 238 mövzu arasından 3 mövzu seçilib və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılıb. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazıblar.
İmtahan nəticələri yazı işlərinin yoxlanılması prosesi başa çatdıqdan sonra - 5 gün ərzində elan olunacaq.
İmtahandan məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı jurnalistika ixtisasını ərizələrində qeyd edə biləcəklər. Həmin abituriyentlər nəticələr elan olunduqdan sonra ixtisas seçimi etməlidirlər



Jurnalist olmaq istəyənlərin NƏZƏRİNƏ
Jurnalist olmaq istəyənlər qabiliyyət imtahanı verdi
“Jurnalistika” ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə!
Bu gün növbəti qəbul imtahanı keçirilir
II və III ixtisas qrupları üzrə qəbul imtahanı başa çatdı
Bu ixtisas üzrə qabiliyyət imtahanı keçirilir
DİM tərəfindən növbəti imtahanlar keçirilir
Jurnalistikaya qəbul imtahanı keçirildi
Jurnalist olmaq istəyən abituriyentlərin DİQQƏTİNƏ
I və IV ixtisas qrupları üzrə qəbul imtahanı başa çatıb
Bu gün buraxılış imtahanı keçirilir
Bu abituriyentlərin NƏZƏRİNƏ! Qeydiyyat başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 