İşğaldan azad edilən ərazilərdə quruculuq və infrastruktur layihələri ilə bağlı fəaliyyət göstərən qurumların və müəssisələrin nümayəndələri üçün avqustun 20-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Göygöl Regional Təlim Mərkəzində mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimi keçirilib.
ONN media xəbər verir ki, təlimdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “Azərenerji” ASC, “Azərpoçt” MMC, “Electro Industries”, “Agro Food”, “Azərşəkər”, “Evrascon”, “Azenco”, “Balxurma” və digər şirkətlərin ümumilikdə 40-yaxın əməkdaşı iştirak edib. Təlimdə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmənin ümumi əsasları, təhlükəli ərazinin əlamətləri, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə təqdimat olub. Həmçinin müxtəlif növ mina və sursatın vizual tanınması üçün maketlər nümayiş etdirilib, insan həyatı üçün təhlükəli olan hərbi sursat və mina növləri nümunələr əsasında izah olunub, ehtiyatsızlığın ölümlə nəticələnə biləcəyi diqqətə çatdırılıb. Xüsusi vurğulanıb ki, əksər hallarda partlayıcı qurğular təhlükəli əşyaya bənzəmir. Hər bir oyuncağın, qutunun, hətta siqaret qutusunun, şüşə qabların və digər əşyaların içində də partlayıcı maddələr yerləşdirilə bilər.
Sonda iştirakçılara xəbərdaredici posterlər, broşürlər, sertifikat və Təlimat kitabçaları paylanıb.
İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən qurum və müəssisələrin mütəxəssisləri üçün ANAMA-nın “Təlimçilər üçün təlim” (“Train the trainer”) proqramı davam edir.



İşğaldan azad olunmuş ərazilərə köçənlərə təlim keçirildi
Yaylaqlara köç edəcək şəxslərin NƏZƏRİNƏ
Qarabağda nə qədər mina zərərsizləşdirilib?
Azad olunan ərazilərdə 177 mina aşkarlandı
ANAMA Yevlaxdakı partlayışla bağlı məlumat yaydı
Azad olunan ərazilərdə aşkarlanan minaların sayı NƏ QƏDƏRDİR?
İşğaldan azad olunan ərazilərdə daha 137 mina aşkarlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 