Kənd Təsərrüfatı Nazirliyi Minatəmizləmə Agentliyi (ANAMA) ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara köç edəcək təsərrüfatların rəhbərləri üçün mina təhlükəsizliyinə dair təlimlər keçirir.
ONN media xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimlərdə 4500-dən çox fermerin iştirakı nəzərdə tutulub. Təlimlər Yevlax rayonunda (16-19 aprel), Gəncə (22-25 aprel) və Sumqayıt (16 aprel) şəhərlərində keçiriləcək.
ANAMA mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə azad olunmuş ərazilərdəki dislokasiya nöqtələrində davranış qaydaları, partlamamış sursat və minaların müəyyən olunması, mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi xəsarətlər, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə geniş məlumat verilir. Eləcə də vizual olaraq tanınması üçün təlim iştirakçılarına müxtəlif növ hərbi sursat və minaları əhatə edən təlim sursatlarının nümunələri göstərilir. Təlimin sonunda iştirakçılara azad olunmuş ərazilərdə əsas davranış qaydalarına dair təlimat kitabçası təqdim olunur.
Təlimləri başa vuran fermerlər azad olunmuş ərazilərdə, təsərrüfatları aparacaqları dislokasiya nöqtələrində davranış qaydalarına dair təlimatlarla tanış olduqları barədə iltizamnamə imzaladıqdan sonra yaylağa köç prosesində iştirak edə biləcəklər.
Artıq yaylaqlara köç edəcək fermerlərin bir hissəsinə təlimlərin tarixi, saatı və keçiriləci məkanla bağlı SMS-bildiriş göndərilib. Yaxın günlərdə təlimlərə cəlb olunacaq fermerlərə SMS-bildirişlərin göndərilməsi başa çatacaq.



ANAMA-nın təlimləri davam edir
İşğaldan azad olunmuş ərazilərə köçənlərə təlim keçirildi
Azərbaycanda bir həftədə 200-dən çox mina aşkarlandı
Qarabağda nə qədər mina zərərsizləşdirilib?
Azad olunan ərazilərdə 177 mina aşkarlandı
ANAMA Yevlaxdakı partlayışla bağlı məlumat yaydı
İşğaldan azad olunan ərazilərdə daha 137 mina aşkarlandı
15 təsərrüfat Laçına köçürüldü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 