Prokurorluq və polis orqanlarının fəaliyyətinin prioritet istiqamətlərdən biri ötən illərdən gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin istintaq olunaraq açılmasını təmin etməklə təqsirkar şəxslərin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmasıdır.
Bu istiqamətdə həyata keçirilən kompleks tədbirlərin davamı kimi, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində 13 il əvvəl, yəni 2008-ci ildə Gəncə şəhər sakini, 1940-cı il təvəllüdlü Nəzərli Nadejda Dmitriyevnanın yaşadığı evdə qəsdən öldürülməsi faktı ilə bağlı istintaq olunan cinayət işinin üstünün açılması təmin edilib.
Bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib.
Peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə müəyyən edilib ki, Gəncə şəhər sakinləri, 1986-cı il təvəllüdlü Salayev Seymur Mehman oğlu və dostu Qirin Şəhriyat Usaməddin oğlu Nadejda Nəzərlinin evinə daxil olub külli miqdarda pul və qızıl-zinət əşyalarını talamaqla bağlı razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, 13 may 2008-ci il tarixdə, saat təxminən 21 radələrində sonuncunun yaşadığı evin qarşısına gəlib mərhumu aldadaraq evinə daxil olub, qarşılıqlı söhbət edən zamanı planlaşdırdıqları özgənin əmlakını talama cinayətinin törədilməsini yüngülləşdirmək məqsədilə Şəhriyat Qirin iki əli ilə Nadejda Nəzərlinin ağzından tutub özünə doğru çəkib, Seymur Salayev isə üzərində olan bıçaqla onun boğaz nahiyəsinə çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürüb.
Cinayət işi üzrə Seymur Salayev və Şəhriyat Qirin cari il avqustun 23-də Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Azərbaycanda 26 il əvvəl törədilmiş dəhşətli qətlin üstü açıldı
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə MƏLUMAT YAYDI
Oğurluğa gedən şəxs yaşlı qadını boğub öldürdü
2 ay əvvəl törədilən cinayətin üstü açılıb - RƏSMİ
Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏTİN üstü 5 il sonra açıldı - Həbs edilən var
Qadını qətlə yetirərək yandıran şəxs tutuldu
Azərbaycanda açılmış cinayətlərin sayı məlum oldu
Kamran Əliyev bu cinayət işini xüsusi nəzarətə götürdü
Baş Prokurorluq Salyandakı qətllə bağlı məlumat yaydı
Bakının mərkəzində məscidin qarşısında dəhşətli cinayət - 1 NƏFƏR ÖLDÜRÜLDÜ
Qaradağ törədilmiş qətlin üstü “isti izlər”lə AÇILDI
Azərbaycanda qadını öldürən polis əməkdaşı həbs edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 