Aralarında Azərbaycan Beynəlxalq Bankı ASC İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev, sabiq deputat Dünyamin Xəlilov, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadənin də olduğu 23 nəfər təqsirləndirilən şəxsin cinayət işi üzrə yeni apellyasiya baxışı təyin olunub.
ONN media xəbər verir ki, iş Bakı Apellyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlının icraatına verilib.
İlkin baxış iclası sentyabrın 1-ə təyin edilib.
Məlumata əsasən, Ali Məhkəmənin 16 iyun 2021-ci il tarixli qərarı ilə Cahangir Hacıyev və digərləri barəsində Bakı Apellyasiya Məhkəməsinin 11 fevral 2020-ci ildə çıxarılmış qərarı ləğv olunub və iş ilə bağlı mülki iddiaya dair hissədə yeni apellyasiya baxışı təyin edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyevə 16 il 6 ay, Dünyamin XəIilov 14 il 6 ay, İsmayıl Hidəyətzadə isə 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Təqsirləndirilən şəxslərin Bakı Apelyasiya Məhkəməsinə şikayətindən sonra C.Hacıyev və D.Xəlilovun cəzasının 3 ay, İ.Hidayətzadənin cəzasının isə 6 ay azaldılması ilə bağlı qərar çıxarılıb. Qərardan narazı qalan C.Hacıyev və digərləri ötən il Ali Məhkəməyə kassasiya şikayəti veriblər.
Xatırladaq ki, aparılmış istintaqla 2001-2015-ci illərdə Azərbaycan Beynəlxalq Bankı ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə, ümumilikdə, 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasına, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə Azərbaycan Beynəlxalq Bankı ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.



Cahangir Hacıyevin vəkili məhkəmədən vaxt istədi
Vergilər Nazirliyi Cahangir Hacıyevə qarşı mülki iddia qaldırdı - 1,6 milyonluq
Cahangir Hacıyev bəraət istədi
Prezident bu şəxslərə vəzifə verdi - SİYAHI
Mədəniyyət nazirinin sabiq müavini kassasiya şikayəti verib
Fədayə Laçının növbəti MƏHKƏMƏSİ
Zakir Sultanovun cəzası azaldılıb
Sabiq icra başçısının şikayəti üzrə məhkəməsinin vaxtı məlum oldu
Azərbaycanda məşhur restoranın sahibi HƏBS EDİLDİ
Ruhi Əliyevanı şantaj edən şəxslər HƏBS EDİLDİ
“Sənədlərdə imzam yoxdur” - Cahangir Hacıyevin məhkəməsi
Fədayə Laçının məhkəməsi təxirə salındı - SƏBƏB?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 