2021-ci il ərzində müxtəlif orqanlardan daxil olmuş materialların və vətəndaş müraciətlərinin araşdırılması zamanı 1508 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkarlanıb.
ONN media xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.
Törədilmiş İnzibati xətaya göroə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) vəzifəli şəxsləri və məhkəmə orqanları tərəfindən vəzifəli və hüquqi şəxslər barəsində inzibati qərarlar qəbul edilərək, 2,8 mln. manat məbləğində inzibati qaydada cərimə tətbiq olunub. Tətbiq olunan cərimələrdən 1 mln. manatının dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Hesabat dövründə "ASAN Xidmət"in Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı DƏMX-nə 8 fakt üzrə məlumat daxil olub.
Bu məlumatlar əsasında 7 vəzifəli şəxs və 1 fiziki şəxs barəsində iş üzrə icraata başlanılıb və müvafiq qərar qəbul edilərək icra üçün Ədliyyə Nazirliyinin aidiyyəti İcra və Probasiya şöbələrinə göndərilib. 7 hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılıb və hamin Məcəllənin 18.5-ci maddəsinə əsasən inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün təsdiqedici sənədlər məhkəmə orqanlarına göndərilib.
DƏMX tərəfindən görülmüş tadbirlərin nəticəsi olaraq vatandaşlara ödənilməsi gecikdirilmiş 1,3 mln. manat məbləğində vəsaitin, onlardan 98,5%-i əmakhaqqı, 0,9%-i zərərə görə ödənc, 0,6%-i sosial müavinət və kompensasiya olmaqla ödənilməsi təmin edilib.
Hesabat dövründə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 34 nəfər öz əvvəlki işlərinə bərpa edilib, bu işçilər barəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin olunub.



Azərbaycanda şirkət rəhbəri cərimələndi
Bakıda estetik əməliyyatlar edən klinika cəza aldı - SƏBƏB?
İşçilərin hüquqlarını pozan bu şirkət cərimələndi
Dövlət Əmək Müfəttişliyi Xidməti daha bir şirkəti cərimələyib
Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı
Əmək hüquqlarının pozulması halları ilə bağlı icraatlar başlanıb
Müqaviləsiz işləyənlərin sayı açıqlandı
Nazirlikdən işəgötürənlərə XƏBƏRDARLIQ
Tikintidə 475 nəfər qanunsuz işlədilib
“Mənnur Tikinti” 20 min manat cərimələndi - SƏBƏB?
Maska taxmamağa görə cərimələr artırıldı
Prezident bu dəyişiklikləri təsdiqlədi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 