"İqtisadi vəziyyətin pisləşməsi nəticəsində Əfqanıstan humanitar fəlakət təhlükəsi ilə üz -üzədir"
ONN media xəbər verir ki, bu barədə BMT baş katibi Antonio Quterreşin yaydığı bəyanatda deyilir.
"Yeni bir mərhələyə qədəm qoyan Əfqanıstanda dərinləşən humanitar-iqtisadi böhran və əsas xidmətlər sisteminin tamamilə məhv olma təhlükəsi ilə əlaqədar ən dərin narahatlığımı bildirmək istəyirəm", - mətndə deyilir.
Guterres, Əfqanıstan əhalisinin demək olar ki, yarısının, yəni 18 milyon insanın yaşamaq üçün köməyə ehtiyacı olduğunu qeyd edib.
"Humanitar fəlakət qaçılmazdır", - baş katib həyəcan təbili çalıb.
O, Əfqanıstandakı bütün tərəflərin humanitar yardıma fasiləsiz və təhlükəsiz çıxışını təmin etməli olduğunu söyləyib:
"Bütün tərəfləri, həyat qurtaran və həyatı qoruyan maddələrin, eləcə də bütün humanitar işçilərin-kişilərin və qadınların təhlükəsiz və maneəsiz humanitar çıxışının təmin edilməsini asanlaşdırmağa çağırıram" dedi.
O vurğulayıb ki, əfqan xalqının beynəlxalq ictimaiyyətin dəstəyinə hər zamankından daha çox ehtiyacı var:
“Ölkədə şiddətli quraqlıq və yaxınlaşan sərt qış şərtləri səbəbindən daha çox qida, sığınacaq və tibbi vasitələrə ehtiyac olacaq.
Əfqanıstandakı bütün tərəfləri təhlükəsiz və maneəsiz humanitar girişə icazə verməyə çağırırıq. Gələn həftə Əfqanıstandakı təcili humanitar ehtiyacları açıqlayacağıq. Beynəlxalq ictimaiyyəti əfqan xalqına ən qaranlıq günlərində maddi dəstək olmağa səsləyirik”.



Azərbaycan Prezidenti göstəriş verdi - Yəmənə yardım edildi
BMT Azərbaycana humanitar yardım göstərməyə hazırdır - Quterreş
Bakıdan ukraynalılara növbəti humanitar yardım
BMT Ukraynaya yardım planını AÇIQLADI
Rusiya qoşunları Mariupolda humanitar dəhlizlərin açılmasına mane olur
Ruslar Kəlbəcərə gedən yükü müşayiət etdi
XİN Əfqanıstanla bağlı məlumat yaydı
"Taliban"dan ŞOK TÜRKİYƏ HƏMLƏSİ
Aİ Rusiyadan müharibəni dayandırmağı TƏLƏB ETDİ
Sülhməramlılar yenə də humanitar fəaliyyətlə məşğuldur
70 tonluq humanitar yardım Laçın yolundan keçdi
Sülhməramlılar Qarabağda konfet payladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 