Avqustun 24-dən Yaponiyada keçirilən XVI Yay Paralimpiya Oyunlarında iştirak edən 36 paralimpiyaçımız artıq 11-i qızıl, 1-i gümüş və 4-ü bürünc olmaqla16 medala yiyələnib. İdmançılarımız qızıl medal sayına görə ilk onluqda qərarlaşıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Azərbaycanda paralimpiya hərəkatı ümümmilli lider Heydər Əliyevin əlillliyi olan şəxslərə, onlar arasında idmanın geniş yayılmasına yüksək qayğısı, dəstəyi nəticəsində formalaşıb. Onun təşəbbüsü ilə 1996-cı ilin fevral ayında Milli Paralimpiya Komitəsi yaradılıb. Elə həmin il də ilk dəfə olaraq Atlanta X Yay Paralimpiya Oyunlarında ölkəmiz təmsil olunub. Ulu öndər Paralimpiya Oyunlarına yola düşən idmançılarımızla görüşərək onlara uğurlar arzulayıb. O, 2000-ci ildə Sidney XI Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşündə onları əldə etdikləri nailiyyətlərə görə təbrik edib, əlilliyi olan şəxslərin idman nailiyyətlərini yüksək dəyərləndirib.
Prezident, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin xüsusi qayğısı, dəstəyi ilə Azərbaycan paralimpiya hərəkatının inkişafı üçün də geniş miqyaslı və ardıcıl işlər aparılır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2008-ci ildə Sumqayıt şəhərində hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən MDB məkanında ilk dəfə olaraq beynəlxalq standartlara uyğun Paralimpiya İdman Kompleksinin açılışı olub.
Dövlət başçısının daim paralimpiyaçılarımızı diqqət mərkəzində saxlaması, onlarla tez-tez görüşlər keçirməsi, əlilliyi olan idmançılara həmişə dəstək olması, onların uğurlarının layiqli şəkildə dəyərləndirilməsi ölkəmizdə paralimpiya idman növlərinin sürətli inkişafına şərait yaradıb. Elə bu günlərdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Tokioda qələbə qazanan idmançılarımızı təbrik etmələri də paralimpiyaçılarımıza daimi yüksək diqqətin, onların uğurlarının yüksək səviyyədə qiymətləndirilməsinin bir nümunəsi olmaqla, idmançılarımızı yeni qələbələrə daha da ruhlandırır.
Bununla bərabər, əlilliyi olan şəxslərlə bağlı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi, onların, habelə sağlamlıq imkanları məhdud uşaqların idmana, paralimpiya idman növlərinə olan maraqlarının hərtərəfli dəstəklənməsidir. Onların idmana cəlb edilməsi, bu sahədə özlərini inkişaf etdirmələri üçün çoxsaylı layihələr, proqramlar icra edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə həyata keçirilən tədbirlərin mühüm bir istiqaməti də bu kateqoriyalardan olan şəxslər arasında idmanın təbliğinə, onların idmana aktiv şəkildə cəlb edilməsinə, idman bacarıqlarının inkişafına yönəlib.
Paralimpiya İdman Kompleksi idmançılarımızın yarışlarda uğurlar qazanmaları üçün lazımi səviyyədə təlim-məşq prosesi keçməsində mühüm rola malikdir. Bunun üçün bütün maddi-texniki şəraitin yaradıldığı kompleksdə Sosial Xidmətlər Agentliyi ilə Milli Paralimpiya Komitəsi tərəfindən birgə müxtəlif idman növləri üzrə beynəlxalq və yerli yarış, eləcə də çempionatlara hazırlıq məqsədi ilə təlim-məşq prosesi təşkil olunur.
Tokioda əldə olunan böyük idman uğurları da təbii ki, əlilliyi olan şəxslərin paralimpiya qələbələrinə nail olmaları üçün aparılan məqsədyönlü dövlət siyasətinin məntiqi nəticəsidir. 163 ölkənin mübarizə apardığı “Tokio-2020” paralimpiada yarışlarında hazırda 10-cu yerdə qərarlaşan Azərbaycan idmanın 6 növü üzrə 24-ü kişi və 12-si qadın olmaqla 36 idmançı ilə təmsil olunur. Yarışlar sentyabrın 5-dək davam edəcək.



Prezident Paralimpiya Oyunlarında növbəti qızıl medal qazanan idmançılarımızı təbrik etdi
Azərbaycan Tokioda bir gündə üçüncü qızıl medalı qazandı
"Tokio-2020"də koronavirusa yoluxanların sayı açıqlandı
Prezident qızıl medal qazanan paralimpiyaçılarımızı təbrik etdi
Azərbaycan Paralimpiya Oyunlarında 32-ci yerdədir
Mehriban Əliyeva paralimpiyaçı Vəli İsrafilovu təbrik etdi
Mehriban Əliyeva Azərbaycanın Paralimpiya çempionu Lamiyə Vəliyevanı təbrik edib
Paralimpiyaçılarımızın növbəti qrupu Vətənə qayıtdı
Sabir Zeynalov tarixə düşdü
Azərbaycan idmançısı gümüş medal qazanıb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 