Ötən gün Türkiyədə 15 nəfərdə koronavirusun “Britaniya ştammı” adlandırılan təhlükəli növü aşkarlanıb. Hazırda Azərbaycanla İngiltərə arasında birbaşa təyyarə reysləri olmasa da, koronavirusun yeni mutasiyasının aşkarlandığı qardaş Türkiyə ilə ölkəmiz arasında müntəzəm təyyarə reysləri həyata keçirilir. Bu baxımdan, “Britaniya ştammı”nın Türkiyə vasitəsilə Azərbaycana çatması da mümkün ola bilər. Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev Türkiyədən təyyarə ilə ölkəmizə gələn bütün insanlara ciddi şəkildə nəzarət olunmasının vacibliyini vurğulayıb. “Artıq təsdiq edilib ki, bu ştammın yoluxuculuğu əvvəlkindən çox olsa da, öldürücülüyü digərindən çox deyil. Lakin buna baxmayaraq, təyyarə reysləri ilə ölkəmizə gələn bütün insanların test neqativ arayışı ilə ölkəyə buraxılmasına ciddi nəzarət edilməsi daha məqsədəuyğundur”, - həkim-radioloq bildirib. Aydın Əliyev həmçinin qeyd edib ki, “Britaniya ştammı” təhlükəli hesab edilsə də, hazırda istifadəyə verilən peyvəndlərdən biri bu ştamma qarşı immunitet yarada bilir: “Ümumdünya Səhiyyə Təşkilatı “Pfizer” peyvəndini təsdiq etdi və bir neçə gün öncə açıqlandı ki, bu peyvənd yeni ştamma qarşı da immunitet yaradır. Ötən bir il ərzində biz artıq COVİD-19 xəstəliyini kifayət qədər tanıyırıq və yanaşı ağır xəstəliyi olmayan şəxslərdə təqribi müalicə sxemi bəllidir. Bu baxımdan, aptekləri müvafiq dərman preparatları ilə təmin etsək, artıq sərt karantin rejimini kifayət qədər yumşalda bilərik”. (modern.az)
Bu təhlükə Azərbaycanın bir addımlığında - VACİB XƏBƏRDARLIQ



Təhlükəli virus Rusiyaya çatdı
Türkiyə ilə Rusiya arasında uçuşlar bərpa olunub
Türkiyədə Braziliya və Cənubi Afrika ştammları tapıldı
Azərbaycanda 3-cü dalğa başladı - Professor
“Mü” ştammı Azərbaycanda epidemioloji vəziyyəti dəyişəcək? - AÇIQLAMA
“Britaniya ştammı” da mutasiyaya uğradı
Karantin 18 yanvardan daha tez yumşaldılmalıdır - Həkim
Koronavirusun təhlükəli mutasiyası ilə bağlı XƏBƏRDARLIQ
SON DƏQİQƏ: Azərbaycanda qapanma gözlənilir? - 2 gün sonra...
Ermənistanda İranla sərhədini bağladı
Daha bir təyyarə qardaş ölkəyə yola düşdü
Təyyarə qəzası ilə bağlı bütün reyslər təxirə salındı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 