Bəzi xəbər saytlarında və sosial şəbəkə hesablarında Murovdağ tunelinin 500 metrlik hissəsinin tikintisinin yekunlaşdırılması ilə bağlı dəqiqləşdirilməmiş xəbər paylaşılıb.
ONN media xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib.
"Tinelin inşasına yeni başlanılıb və qısa müddət ərzində bu tunelin 500 metrlik bir hissəsinin tikintisinin yekunlaşdırılması qeyri-mümkündür. Düzdür, biz də agentlik olaraq istəyərdik ki, yazılan kimi qısa müddətdə bu cür miqyasda iş icra olunsun. Amma reallıqda bu mümkün deyil. Çünki tunel inşası heç də asan başa gəlmir.
Hazırda təyin olunmuş vaxtda tikintinin tamamlanması üçün qazma, partlatma və qırıcı üsullarla dəniz səviyyəsindən 1700 metr hündürlükdə Murovdağ tunelinin inşası istiqamətində genişmiqyaslı işlər icra olunur. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və xüsusi texnikalar səfərbər olunub.
Murovdağ tunelinin və ümumiyyətlə Qarabağ və Şərqi Zəngəzur ərazisində icra olunan yol infrastrukturu layihələri barədə mütamadi olaraq məlumatları agentliyimizin rəsmi internet səhifəsi və sosial şəbəkə hesablarından əldə edə bilərsiniz", - deyə o, qeyd edib.



Murovdağ tuneli ilə bağlı YENİ XƏBƏR
Murovdağ tuneli belə partladıldı - Video
Tovuzda yeni tunelin tikintisinə başlandı
Laçın yolundan yeni FOTOLAR
Prezident və xanımı Murovdağında tunelin təməlqoyma mərasimində iştirak etdi
Kəlbəcərə gedən yolun genişmiqyaslı tikintisinə başlandı
Xudafərin- Laçın yolunun tikintisi sürətləndirildi
Kəlbəcərə yol çəkilişi BAŞLANDI
Şuşaya gedən xidməti yol istifadəyə verildi
Bakının mərkəzində çökən yolla bağlı açıqlama
Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir
Azərbaycanda pullu yollar barədə - RƏSMİ AÇIQLAMA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 