Qazaxıstanda COVID-19-un yayılmasının qarşısını almaq üçün idarələrarası komissiyanın iclasında karantin şərtlərinin yumşaldılması qərarı qəbul edilib. Qazaxıstan sentyabrın 27-dən etibarən 16 ölkə - Azərbaycan, Rusiya, Türkiyə, BƏƏ, Özbəkistan, Almaniya, Maldiv adaları, Koreya, Polşa, Macarıstan, İtaliya, Çexiya, Şri Lanka, Çin, Səudiyyə Ərəbistanı və Küveyt ilə aviareyslərin sayını bərpa etmək və artırmaq niyyətindədir.
Qazaxıstan Sənaye və İnfrastruktur İnkişaf Nazirliyindən verilən məlumata əsasən, Qazaxıstanla Azərbaycan arasında aviareyslərin bərpa olunması üzrə işlər aparılır. Yaxın zamanda bununla bağlı açıqlama veriləcək.
Səhiyyə Nazirliyi ölkədə epidemioloji vəziyyətin sabitləşdiyini, son 2 həftə ərzində xəstələnmə və ölüm səviyyəsinin 60 faiz azaldığını bildirib.
Həmçinin əhalinin yüksək səviyyədə peyvənd olunduğu 30 xarici ölkənin - İtaliya, Hollandiya, Fransa, Almaniya, İspaniya, Yaponiya, BƏƏ, Ərəbistan, Küveyt, Polşa Danimarka, Çili, Macarıstan, Koreya, Çexiya, Bəhreyn, Qətər, Monako, Kipr, İslandiya, Finlandiya, Malta, İsveç, Portuqaliya, Lixtenşteyn, Slovakiya, Lüksemburq, Kanada, Sinqapur və Belçika vətəndaşlarının Qazaxıstana girişi üçün vizasız rejimin yenilənməsinə də qərar verilib.



Özbəkistan Qazaxıstanla sərhədlərini bağlayıb
Qazaxıstanda bu uçuşlar bərpa edilir
Bu il Azərbaycana nə qədər turist gəlib?
Qazaxıstan bu ölkələrlə beynəlxalq uçuşlara başlayır
Azərbaycan vizaların rəsmiləşdirilməsini dayandırdı
Avropada kritik toplantı
Bu ölkə Azərbaycana aviareyslərin sayını artıracaq
UEFA ÇL-in püşkatma mərasimi baş tutdu
AVRO-2020-nin təqvimi
Rəsmi Bakıdan Qazaxıstan hadisələri ilə bağlı ilk açıqlama
Rusiya bu ölkələrə uçuşları bərpa etdi
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 