Azərbaycan 37 ölkə ilə yanaşı, oktyabrın 30-31 tarixində Romada keçiriləcək “Böyük iyirmilik” (G20) ölkələrinin zirvə görüşünə dəvət edilib.
ONN media xəbər verir ki, tədbirə həmçinin BMT, Avropa İttifaqı, əsas beynəlxalq maliyyə təsisatları da dəvət alıb.
Dünya əhalisinin 60 faizini, ÜDM-sinin isə 80 faizini əhatə edən G20 qrupu cari ildə İtaliyanın sədrliyində İnsanlar, Planet, Rifah deyə üç başlıqla ifadə olunan dayanıqlı və bərabər inkişaf, ətraf mühitin mühafizəsi, yeni təhlükələrin qarşısını almaq kimi hədəflər qarşıya qoyur.
Zirvə görüşü ərəfəsində may-sentyabr ayları ərzində nazirlər səviyyəsində 10 sahəvi (innovasiya və tədqiqat, iqtisadiyyat və maliyyə, kənd təsərrüfatı, mədəniyyət və turizm, ətraf mühit, iqlim və enerji, ticarət, əmək və təhsil, səhiyyə, xarici işlər və inkişaf, cari məsələlər) görüş keçiriləcək.
Xatırladaq ki, G20-nin daimi üzvləri Almaniya, ABŞ, Argentina, Avstraliya, Böyük Britaniya, Braziliya, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çin, Fransa, Hindistan, İndoneziya, İtaliya, Kanada, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya, habelə Avropa İttifaqıdır.



Türk dünyası qəzetəçilərinin zirvə görüşü keçiriləcək
Azərbaycan və İran rəsmiləri nəyi müzakirə ediblər?
XİN başçısı Bağdadla görüşdü
Azərbaycan BMT ilə yeni sənəd imzaladı
Ukraynada BÖYÜK GÖRÜŞ: 5 ölkə dəvət edildi və...
Maduro bu tarixdə Azərbaycana gələcək
Mərakeş də Berlin konfransından kənarda qaldı
Ceyhun Bayramov Bağdad Amreyevlə görüşdü
Bayramov Amreyevlə görüşdü
Boris Conson Moskvaya dəvət edildi
Türkiyə ilə İtalya arasında mühüm sənədlər imzalandı
Astanada TARİXİ GÜN: "Türk Əsri" çağırışı altında Zirvə Görüşü başlayır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 