Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi ali və orta təhsil müəssisələrində tədrisin tam bərpası ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
ONN media xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli Trend-ə açıqlamasında istər ali, istərsə orta məktəblərin qarşısındakı yolun hərəkət hissəsində sıxlığın yaranmasına əsas səbəblərdən birinin həmin ərazilərdə dayanma-durma və düzgün olmayan parklanmalar olduğunu deyib.
O qeyd edib ki, bu qaydalara riayət olunmur, yolun hərəkət hissəsi zəbt olunur:
“Bu hazırda paytaxtda ən ciddi problemlərdən biridir. Şəhərin mərkəzi küçə və prospektlərində, dayanma-durma qaydalarına əməl olunmasını sürücülərdən xahiş edirik. Hesab edirik ki, inzibati tənbeh tədbirlərinin görülməməsi və narazılıqların yaranmaması, məsələnin həlli üçün ictimai məsuliyyət artırılmalıdır. Nəzərə almaq lazımdır ki, paytaxt ərazisində 3 minə yaxın yolayrıcı və keçidlər var. Yol polisi əməkdaşları gün ərzində yollarda hərəkətin düzgün nizamlanması və tənzimlənməsi istiqamətində mütəmadi xidmətlər aparırlar. Biz hər məktəb, hər küçəyə bir polis əməkdaşı təyin edə bilmərik. Buna fiziki baxımdan da imkan yoxdur. Ona göprə də, vətəndaşlardan xahiş edirik ki, fərdi rahatlıqlarını düşünüb avtomobilləri yolun hərəkət hissəsində saxlamasınlar. Bu keçiriciliyə böyük təsir göstərir".
A.Əsgərli bildirib ki, bunun üçün vətəndaşlar məsuliyyətli olmalı, qaydalara əməl etməlidirlər:
"Valideyn uşağını məktəbə gətirirsə, maşını yolun hərəkət istiqamətində saxlayıb, uşağını məktəbə təhvil verib qayıdır və ya şəxsi avtomobili olan tələbə avtomobilini təhsil müəssisəsinin qarşısında, yolun ortasında saxlayıb gedir. Bu da problemə səbəb olur. Problemin əsas həlli üçün ictimai məsuliyyət olmalı, paytaxt sakinləri qaydalara daha ciddi əməl etməlidir".



Yol polisindən "Formula 1" ilə bağlı sürücülərə MÜRACİƏT
DYP-dən məktəblərin açılması ilə bağlı müraciət
"Son zəng"lə bağlı vətəndaşlara müraciət
DYP yenidən xəbərdarlıq etdi- Bu sürücülər cərimələnəcək
DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Yeni tədris ili başlayır: DYP-dən daha bir müraciət
BNA -dan yeni tədris ili ilə bağlı MÜRACİƏT
DYP sürücülərə müraciət etdi
Polis tıxacın qarşısını almaq üçün maraqlı üsul yoxladı
Polis “20 Yanvar”da taksi saxlamağa qadağa qoydu
Yol polisi sürücülərə müraciət edib
DYP valideynlərə müraciət etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 