Çalışdım ki, Selena sevgi ilə böyüsün, heç bir boşluğu hiss etməsin. Çox mərhəmətli uşaqdır. Nə xoş ki, belə mərhəmətli övladım var. Çox yazılar oxuyuram, bəs qız övladı böyüdürsünüz... Ümumiyyətlə, heç kim heç kimin həyatını nə görür, nə də onun həyatını yaşayır. Dəyişmək kimi ehtimalım ola bilməz. Dostlarım məni belə tanıyır, geri qalanlar vecimə də deyil. Çox istəyərəm ailəm, ikinci övladım olsun. Bu, zaman, qismət işi, alın yazısıdır. Gözləmədiyin anda elə bir hadisə baş verə bilər ki, sən ona yox deyə bilmərsən...
ONN mmedia xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva MTV-də Lamiyə Balacayevanın aparıcılığı ilə yayımlanan “Üzə-düz” verilişində deyib. Ulduz seçici olmadığını bildirib:
“Bugünkü boşanma statistikasına baxanda görürük ki, çoxu valideyn təsiri altına düşür. Amma hər şey gəlib dayanır maddiyyatda. Deyirlər ki, soğan-çörək yeyim, amma hüzurum olsun. Vallah hüzur soğan-çörəkdə deyil. Bir az real olun, mən sizin ürəyinizdən keçənləri deyirəm, sonra siz məni qınayırsınız. Qadının tələbləri, kişinin də psixoloji gərgin anları olur... Həmişə demişəm ki, mənim həyatımda olan insan məndən 10 qat artıq güclü olmalıdır. Və mən hiss etməliyəm ki, həyatımda əsl kişi var. Zaman var idi ki, özəl həyatımdan ağızdolusu danışırdım. İndi susacam ancaq. Bu, mənim şəxsi həyatımdır. Hər zaman sevilən qadın olmuşam”.
Atasından söz açan Ayan onu 8 yaşında itirdiyini deyib:
“O, avtomobil qəzasında dünyasını dəyişdi. Hər kəs valideyn ola bilmir. Atam haqqında çox danışmaq istəmirəm, anam bizə o yoxluğu hiss etdirməyib. Atasız böyüsəm də, mənim özüm ayaq üstə dayana bilirəm, ağlım, iradəm yerindədir. Kim məni pis yola çəkə bilər? Heç kim! İnsanın öz qabında olmalıdır. Anam mənə o qədər dəstək olub ki, ataya ehtiyac duymuram!”
O, Nadir Qafarzadə ilə yayılan görüntülərə də münasibət bildirib:
“O insanların fikri mənə önəmli deyil. Bir insanın xarakteri necədirsə, həyata baxışı da elədir. Onu dəyişə bilmərəm. Pis insanlar mələyi də şeytan görürlər. Onların fikrini dəyişməyə nə həvəsim, nə də vaxtım var! Bu, şou dünyasıdır və burada hər şey baş verir. Hər kəsin özəl həyatı var. O insanlar da bizi bilir. Mən özümü tanıyıram? Mənə yetər!”



Nadir Ayanla olan bu görüntülərinə görə ÜZR İSTƏDİ: İçkili idim...
Beren Kənanla evliliyindən danışdı: "Ailə tablosunu verə bilmədik"
Aysel: "İstəyirəm ailə qurum, müğənnilikdən gedim"
"Kişi bildirməlidir ki, evdə kişi var" - Türkan Vəlizadə
Emre Altuğ keçmiş həyat yoldaşı ilə bağlı danışdı
"Nikol, oğlum, sənin kimi, burada olmalı idi, amma qəbirdədir" - Ölən əsgərin anası
Aygün Kazımova intihara CƏHD ETDİ - VİDEO
“Şou adamından mənə gəlin olmaz” — Nəvə həsrəti çəkən xalq artisti – VİDEO
Məşhurlar bağçalardan NƏLƏR DEDİ?
Əlikram övladının vəfatı ilə bağlı nələri açıqladı?
İradə İbrahimova qayınanası haqqında elə sözlər dedi ki...
Karantin sanatoriya deyil - Hikmət Hacıyev
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 