Ölkəmizdə “banka qoymaq” kimi universal müalicəvi üsul var. Bankaların köməyi ilə soyuqdəymədən tutmuş sonsuzluğa qədər bütün xəstəlikləri müalicə edirlər.
ONN media xəbər verir ki, bəzi hallarda (bel, əzələ ağrıları zamanı, soyuqdəymə, nəfəsalma sistemi xəstəliklərinin sonunda və s.) bu üsul müəyyən kömək edir. Lakin əksər hallarda onun ciddi bir müalicəvi effekti yoxdur, bəzən isə bankalardan istifadə insana ziyan vura bilər, xəstəliyi daha da ağırlaşmasına səbəb ola bilər.
Nəzərinizə çatdıraq ki, banka ilə müalicə əsasən post-sovet ölkələri və Çində geniş istifadə olunur, ABŞ və Avropada istifadə olunmur və orada hətta qadağandır.
Son zamanlar koronavirus epidemiyası fonunda pnevmoniya halları kəskin artıb. Saglamolun.az saytı olaraq oxucularımızı xəbərdarlıq etmək istərdik ki, kəskin bronxit və pnevmoniya zamanı banka qoymaq olmaz. Bu iltihabi prosesin daha da genişlənməsinə, xəstəliyin ağırlaşmasına səbəb olacaq.
Həmçinin nadir hallarda olsa da kəskin pnevmoniya zamanı banka qoymaq plevrit (ağciyərin üzərini örtən plevranın iltihabı) və hətta ağciyərin yırtılmasına səbəb ola bilər. Yüksək qızdırma zamanı da bankalar qadağandır.
Koronavirus pnevmoniyası bir çox hallarda gizli inkişaf edir və yalnız KT zamanı xəstədə ağciyərin ciddi zədələnməsi aşkar olunur. Bu səbəbdən özünüzdə soyuqdəymə simptomlarını müşahidə etdikdə dərhal bankalara əl atmayın. Bu adi soyuqdəymə deyil, koronavirus infeksiyası ola bilər ki, bu zaman bankalardan istifadə ağır fəsadlar verə bilər.
Banka ilə müalicə pnevmoniyadan sağalma dövründə istifadə oluna bilər. Lakin bu halda da əvvəlcədən həkimlə məsləhətləşmək lazımdır. /Saglamolun.Az



Müalicəvi otlar orqanizmə ziyan vura bilir - DİQQƏT!
Nə üçün yod dəriyə məhz bu şəkildə çəkilir?
Soyuqdəymə ilə bağlı 5 YANILMA
Zəncəfil nə zaman orqanizmə ziyan vura bilər?
Həkimlərdən YODla bağlı xəbərdarlıq - BU HALDA İSTİFADƏ ETMƏYİN!
Adi soyuqdəymə ilə səhv salınan 4 TƏHLÜKƏLİ XƏSTƏLİK
Tanınmış pediatrdan ÇAĞIRIŞ
Yağ kömək etməyəcək, naşatır ziyan vuracaq - 3 MƏŞHUR MİF
Xoruldamağın müalicəsi nədir?
Diqqət! Aritmiya ölümlə nəticələnə bilər
“Meymun çiçəyi” kabusu davam edir - Daha bir ölkədə aşkarlandı
Qızdırmanın 5 BİLMƏDİYİNİZ SƏBƏBİ - Tək soyuqdəymə deyil!
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 