Rusiyalı cərrahlar yodun istifadəsi ilə bağlı xəbərdarlıq ediblər. ONN media bildirir ki, cərrahlar yaraların dezinfeksiyası üçün yodun spirtli məhlulundan istifadə etməməyi tövsiyə edirlər. Adətən evdə istifadə etdiyimiz “klassik” yod məhz spirtli məhluldur. Belə yod dərini yandırır, yaranın vəziyyətinin daha da pisləşməsinə səbəb olur. Həkimlər xəbərdarlıq edir ki, yodun spirtli məhlulu yalnız dərin olmayan sıyrıntıların işlənməsi zamanı istifadə oluna bilər. Açıq yaralara belə yodu çəkmək olmaz. Onu yaraya yox, yalnız yara ətrafına (zədələnməmiş dəriyə!) çəkmək olar. Bu açıq yaraya mikrobların düşməsinə mane olur.
Mütəxəssislər yaraların dezinfeksiyası üçün müasir yod məhlullarından istifadə etməyi tövsiyə edirlər. Söhbət yodun su məhlullarından gedir. Bu, məsələn, betadin, yodopiron və s. ola bilər. Bu məhlullar açıq yaraların dezinfeksiyası üçün uyğun gəlsə də, selikli qişalarda onlardan istifadə olunmur. Nəzərə almaq lazımdır ki, yodun spirtli və ya sulu məhlulları allergik reaksiyalara səbəb ola bilər və həmçinin bəzi qalxanvari vəzi xəstəlikləri, böyrək çatışmazlığı zamanı onlardan istifadə yolverilməzdir.(saglamolun.az)Həkimlərdən YODla bağlı xəbərdarlıq - BU HALDA İSTİFADƏ ETMƏYİN!



Nə üçün yod dəriyə məhz bu şəkildə çəkilir?
Adi duz koronavirusla mübarizədə yardım edir
Bu şəxslərə yodlaşdırılmış duz ziyan vura bilər
Ən təhlükəli məişət əşyaları. Onlardan hər gün istifadə edirik!
Yara, xora, yanıq zamanı vazkeçilməz ucuz vasitə - ƏFSANƏVİ MAZ
Kökəlmək üçün nə etməliyik?
Suyu XLORdan təmizləmək üçün bunu edin
DİN siqaret qadağasına aydınlıq gətirdi: açıq havada çəkmək olar?
İsti duş sağlamlığa ziyan vurur?
Uşaqlara yanıqlar zamanı DÜZGÜN yardım
Alkaqollu içkilərlə bağlı XƏBƏRDARLIQ
Tibbi maskalardan təkrar istifadə etmək düzgündürmü?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 