Hindistanın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin 75 illiyi ilə əlaqədar olaraq keçirilən “Azadi Ka Amrit Mahotsav” adlı bayram tədbirləri çərçivəsində Mahatma Qandinin doğum gününün 152-ci ildönümünü qeyd etmək üçün oktyabrın 2-də tədbir təşkil edib.
ONN media xəbər verir ki, tədbirdə Azərbaycan Dillər Universiteti (ADU) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) aparıcı alimləri, o cümlədən ADU-nun prorektoru, doktor Jalə Qəribova, Hindistan diasporunun üzvləri, media nümayəndələri və Hindistanın Azərbaycandakı dostları iştirak edib.
Tədbirin əvvəlində Hindistanın Mədəni Əlaqələr Şurası tərəfindən hazırlanmış “Yugpurush Mahatma’s Mahatma” adlı sənədli film və beynəlxalq aləmdə tanınmış natiq Dr. Şobhana Radhakrişnanın təqdimatında “Mahatma Qandinin həqiqət, qeyri-zorakılıq və sülh yolunda qlobal səyləri” adlı virtual çıxışı canlı yayımlanıb.
Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna Mahatma Qandinin həyat və nəsihətlərindən danışıb və onların müasir dünyada da aktual olduğunu vurğulayıb. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri Bədirxan Əhmədov Mahatma Qandinin həyat və fəlsəfəsindən danışıb, Azərbaycan Dillər Universitetinin Regionşünaslıq kafedrasının professoru Orxan Nəbiyev isə “Fədakarlıq və qeyri-zorakılıq Qandinin fəlsəfəsi və həyatının əsas fəziləti kimi” mövzusunda çıxış edib.
Tədbirdə, həmçinin hindistanlı uşaqların və azərbaycanlı sənətkarın Mahatma Qandi ilə bağlı mövzularda çıxış ediblər.



Hindistanın ölkəmizdəki səfiri “Olaylar” İnformasiya Agentliyini ziyarət etdi
Düymə-düymə oyunu
Bakıda məşhur hind aktyoru Dharmendra haqqında filmin təqdimatı olub
Britaniya ilə əlaqələrin 30 illiyi ilə bağlı tədbir keçirildi
Hindistanın vitse-prezidenti Bakıya gəlir
Hindistanın bu ştatı tam təcrid olunur
Hindistanda 24 saatda 85 nəfər istidən öldü
Milyonlarla insan vətəndaşlıqdan çıxarıldı
Bakının mərkəzində "Şam festivalı" keçirib
Qazaxıstanın Azərbaycandakı səfiri yeni vəzifəyə təyin olundu
Məşhur azərbaycanlı aparıcı doğum günündə VƏFAT ETDİ
Azərbaycan və Ermənistan səfirləri Bakıda görüşdü
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 