Sağlam insandan fərqli olaraq bədəni zəif olanlarda vaksinin əmələ gətirdiyi qoruyuculuq daha zəifdir və müddəti daha qısadır.
Bu sözləri açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirib ki, vaksin olunandan müəyyən müddət sonra qoruyuculuğu azalır.
“İlk günlərdə bəlli deyildi, amma əksər tədqiqatlar göstərir ki, bu, təxminən 6-8 ay sonra baş verir. Yanvar ayında başlanan vaksinasiyanın ilk mərhələsində risk qrupuna daxil olan insanlar və tibb işçiləri iştirak etdi. Çünki xroniki xəstəlikləri olan yaşlı insanlarda infeksiyanın ağır keçmə riski daha yüksəkdir. Artıq bu vaksinləmənin üzərindən müəyyən müddət keçib. Təbii ki, havaların da soyuduğunu nəzərə alsaq, onlarda immunitetin zəifləməsi müşahidə olunacaq.
Növbəti faktor odur ki, virus mutasiya etməyə davam edir. “Delta” ştammının əvvəlki qoruyucu anticisimlərdən yayınma qabiliyyəti var. Belə olan halda ehtiyac yaranıb ki, risk qrupunda vaksindən sonra formalaşmış və vaxt axarında zəifləmiş immuniteti yenidən gücləndirək. Bunun üçün üçüncü - gücləndirici dozanın vurulması təklif olunur. Təbii ki, üçüncü dozanın vurulması təkcə Azərbaycanda yox, dünyanın əksər ölkələrində təklif olunur. Bu yolla risk qrupuna daxil olan həmin insanların yoluxaraq xəstələnməsinin və ya xəstəliyi ağır keçirməsinin qarşısı alınır”, - ekspert qeyd edib.
Həmin bildirib ki, koronavirus infeksiyasına qarşı üçüncü dozanın uşaqlara da aid olması hələ gündəmdə deyil: “Uşaqların vaksin olunması hələlik tövsiyə xarakterlidir, müraciətlər azdır. Müəyyən vaxt keçməlidir ki, araşdırmalar olsun, ondan sonra bu məsələyə baxıla bilər”.



Nazirliik üçüncü dozanın vurulması bağlı əhaliyə müraciət etdi
Koronavirusdan sağalanlar bu problemlərlə üzləşir - Baş infeksionist
DİQQƏT: Bu şəxslər 3-cü doza vaksin vurdurmalıdırlar
Vaksin tapılana qədər koronavirus yox olacaq
Azərbaycanda yeni virus aşkarlandı?- Rəsmi
Azərbaycanda hamilələrin vaksinasiyasına başlanılır - RƏSMİ
4-cü doza vaksin məcburi olacaq?
Azərbaycanda koronavirusla bağlı ŞAD XƏBƏR ELAN EDİLDİ
Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 