“Qazla bağlı əhalinin illik istehlakının 1200 m3-dək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Qeyd edim ki, istehlak səbətində bir nəfər üçün aylıq qaz istehlakı həcmi 21 kub metr müəyyənləşdirilib. Orta statistik ailə tərkibinin 4 nəfər olduğunu nəzərə alsaq, bu da il ərzində təxminən 1.000 kub metr qaz istehlakı deməkdir. Yeni tariflərin istehlak edilən qaz üzrə ödəmələrində 4 nəfərdən ibarət bir ailənin aylıq istehlak səbətinə birbaşa təsiri 1,72 manat həddində olacaq. Reallıq ondan ibarətdir ki, Dövlət Neft Şirkətinin bütün illik hesabatlarında qeyd olunurdu ki, Azərbaycanın daxili bazarında qazın satışı şirkətə gəlir gətirmir”.
ONN media bildirir ki, bunu açıqlamasında neft-qaz məsələləri üzrə ekspert İlham Şaban deyib.
Ekspert bildirib ki, hətta şirkət bu istiqamətdə ziyanla işləyir:
“Orada hər il dəyişən müxtəlif rəqəmlər göstərilirdi. Görünən odur ki, qazın maya dəyəri ilə satışı arasında disbalans var. Ancaq buna görə qazın qiymətləri qalxa bilər. Qiymətlərin qalxması ölkənin gəlirlərindən asılı olan məsələdir. Dövlətin gəliri yaxşı olanda əhali üçün də öz imkanlarını genişləndirir. Deməli, dövlətin gəlirləri azalıb və öz büdcəsinin üzərindəki gərginliyi azaltmaq labüdləşir”.
İlham Şabanın fikrincə, bu, dünyanın hər yerində belədir:
“İnsanlar bir şeyi başa düşməlidirlər ki, dövlətin əvvəlki gəliri, qazancı yoxdur. Dövlətin gəlirlərinin 90 faizi neftdən formalaşırdı. 2011-ci ildə - pik vaxtda bizim neft gəlirlərimiz 20 milyardın altında olub. Ancaq indiki gəlirimiz bundan 4 dəfə aşağıdır. Üstəlik, dövlətin müxtəlif istiqamətlərdə xərcləri artıb. Dövlət bunu açıq şəkildə deməsə də, vətəndaşlar başa düşməlidirlər dövlət hər şeyi ucuz qiymətə edə bilmir”.



Tarif Şurasının qərarı qüvvəyə mindi - Bu gündən işıq və qaz...
Əhaliyə ŞAD XƏBƏR: elektrik enerjisinin limiti...
Əhaliyə ŞAD XƏBƏR: elektrik enerjisinin limiti...
Təbii qazın limiti ilə bağlı ƏHALİYƏ ŞAD XƏBƏR
İşıq limiti artırıla bilər?- AÇIQLAMA
Qaz limitinin ləğvi təklif olundu
Təbii qaz və işığa tətbiq edilən limiti ləğv etmək mümkündür?
Əhaliyə verilən təbii qaz bahalaşacaq? - SOCAR-dan AÇIQLAMA
“Azəriqaz”dan limitlərin yenilənməsi ilə bağlı açıqlama
Azərbaycanda qaz istehlakı artdı
Yeni qaz limiti necə hesablanacaq?
Azərbaycanda qazın qiyməti ilə bağlı QƏRAR VERİLDİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 