İran yük maşınlarının Astara sərhəd-keçid məntəqəsinin o tayında böyük sıxlığı yaranıb.
ONN media xəbər verir ki, bu barədə İran-Rusiya Birgə Ticari Palatasının direktorlar şurasının üzvü Seyid Cəlalifər danışıb.
O bildirib ki, İranın ərzaq və kənd təsərrüfatı məhsullarının ixracında Rusiyanın payı 80 faizdən çoxdur və bu yüklərin də əksəri Azərbaycan ərazisindən keçir. Hazırda isə sərhəd-keçid məntəqəsindən maşınların buraxılmasında ləngimələr var.
O iddia edib ki, bunu guya Azərbaycan tərəfi İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda qəsdən edir:
“Azərbaycan tərəfi heç nə demir və sərhədləri də bağlamayıb. Sadəcə, hər gün bəhanələr tapırlar: gah işıq sönür, gah rentgen aparatı xarab olur, gah da axtarış itləri (narkotik axtaran xüsusi itlər) yoxa çıxır”.
Cəlalifər bildirib ki, bu ləngimələrə görə Astara gömrük-keçid məntəqəsində yük maşınlarının keçid sürəti azalıb və hazırda İran tərəfdə 10 km-ə qədər böyük növbə yaranıb.
Qeyd edək ki, Astara gömrük-keçid məntəqəsində hər hansı problemlə bağlı rəsmi heç bir məlumat yoxdur. Sadəcə Azərbaycanın işğal olunmuş ərazilərinə nəzarəti bərpa etməsindən sonra İranın sərhədsiz ərazilərdən narkotranzit kimi istifadə imkanları məhdudlaşıb və hazırda narkotikləri yük maşınlarının gizli yerlərində keçirməyə cəhd edirlər. Bunun nəticəsidir ki, Vətən müharibəsindən sonra İrandan gələn maşınlarda tapılan narkotiklərin həcmi 2 dəfə artıb.
İran yük maşınlarının sayı da artıb, eyni zamanda onların daha ciddi yoxlanılması həyata keçirilir. Bu səbəbdən İran tərəfində böyük növbələrin yaranması mümkündür.(axar.az)



İranla sərhəddə yeni keçid məntəqəsi açılacaq
Ölkəmizlə İran arasında yeni keçid məntəqəsi açıldı
Gömrük postunda keçid dayandırıldı- DİQQƏT
Azərbaycan və İran arasında sərhəd-keçid məntəqəsi işini davam etdirir - RƏSMİ
Türkiyə sərhədlərini İran yük maşınları üçün BAĞLADI
İran sərhədində 5 kilometrlik tıxac
İran qonşu ölkələrlə sərhədləri bağladı
Azərbaycan, Rusiya və İran arasında nə müzakirə olunacaq?
39 Azərbaycan vətəndaşı İrandan təxliyə olundu
Türkiyə və İran arasında yeni sərhəd məntəqələri açılacaq
Azərbaycan və İran gömrüyündə keçid asanlaşacaq
Azərbaycan İranla sərhəddi gücləndirdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 