Şamaxı Rayon Polis Şöbəsinə müraciət edən vətəndaşlar özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edən bir nəfərin onları müxtəlif vədlərlə aldadaraq ümumilikdə 12 min manat pulu ələ keçirdiyini bildiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, müraciətlər əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törədən şəxsin Ağsu rayon sakini Elçin Əhmədov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.
Araşdırma zamanı E.Əhmədovun heç bir dövlət qurumunda çalışmadığı, zərərçəkmişlərin ikisini tələbə kimi texnikumların birinə qəbul etdirmək, birini isə müəllim kimi məktəbə işə düzəltmək adı ilə aldatdığı və pullarını mənimsədiyi məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxsin barəsində isə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"E.Əhmədovun başqa vətəndaşlara qarşı da dələduzluq etdiyi istisna olunmur. Əgər onun əməllərindən zərərçəkən şəxslər varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə, eləcə də Şamaxı Rayon Polis Şöbəsinin (020)265-21-01 şəhər və 055-330-21-01 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur",- Mətbuat Xidmətindən bildirilib.



“Poz, qazan” lotereyalarını oğurlayan şəxs saxlanıldı
İmişlidə 162 min manatlıq dələduzluq edən şəxs tutulub
Qadın bu əməlinə görə HƏBS EDİLDİ
Zaqatalada 9 il əvvəl qətl törədən şəxs saxlanıldı
Xızıda sürücülərə qarşı soyğunçuluq edən şəxs tutuldu
Azərbaycanda məmur həbs edildi - BU ƏMƏLİNƏ GÖRƏ...
Gəncədə narkotik alveri edən şəxs saxlanılıb
Jurnalist adı ilə dələduzluq etdi
Azərbaycanda falçı və əri saxlanıldı: avtomobilindən GÖRÜN NƏ TAPILDI
Şabranda narkotacir saxlanıldı
Prokurorluq məlumat yaydı - Çingiz Məcnunzadə həbs edildi
Azərbaycanda dayı-bacıoğlu həbs edildi - BU ƏMƏLƏ GÖRƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 