İmişlidə vətəndaşlara qarşı 160 min manatdan çox dələduzluq edilib.
Sabirabad rayon sakini olan bir qadın İmişli Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək özünü iş adamı kimi təqdim edən Azər adlı şəxsin ona qarşı dələduzluq etdiyini, Bakı şəhərində ev verəcəyi vədləri verərək ona məxsus ümumi dəyəri 3 7108 manat olan iri və xırdabuynuzlu heyvanlarını, ot bağlamalarını, qızıl-zinət əşyalarının və 4 900 manat pulunu ələ keçirdiyini bildirib.
RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən İmişli rayonu Xəlfəli kənd sakini, əvvəllər məhkum olunmuş Azər Qafarov saxlanılaraq polis şöbəsinə gətirilib.
Dindirilmə zamanı o, törətdiyi əməlləri etiraf edib.
Araşdırmalar zamanı məlum olub ki, A.Qafarov qeyd edilən əməlindən başqa İmişli rayon sakini olan bir təsərrüfat sahibinin də etibarından istifadə edərək, aldatma yolu ilə ona məxsus 144 baş iribuynuzlu heyvanlarını ələ keçirib və zərərçəkmişə 120 600 manat maddi ziyan vurub.
Faktlarla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır. Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Qadın bu əməlinə görə HƏBS EDİLDİ
Qohumunun evindən oğurluq edən şəxs tutulub
Şəhid adından istifadə edən dələduz saxlanıldı
9700 manat pul alan şəxs saxlanıldı
Dələduzluq edən şəxs ələ keçib
Azərbaycanda yanacaqdoldurma məntəqəsinə SİLAHLI BASQIN
Bakı sakininin bank hesabından pul oğurlanıb
Bakıda qadını fotoları ilə şantaj etdilər
Xızıda sürücülərə qarşı soyğunçuluq edən şəxs tutuldu
Jurnalist adı ilə dələduzluq etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 