Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Hikmət Qurbanov saxlanılıb. ONN media Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, onun üzərinə baxış zamanı 2 ədəd bağlamada ümumi çəkisi 3 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilib. Araşdırma zamanı müəyyən olunub ki, Hikmət Qurbanov şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq narkotik vasitələrin Bakı şəhərinə gətirilməsinə köməklik edib. Saxlanılan şəxs həmin xarici ölkə vətəndaşının göstərişi ilə narkotik maddələri paytaxtın müxtəlif yerlərinə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satılmasını təşkil etməli imiş. Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. H.Qurbanov tutularaq istintaqa cəlb olunub. Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir. https://youtu.be/m6-P-dOk4D8
Bakının mərkəzində BÖYÜK ƏMƏLİYYAT: Narkotacir ƏLƏ KEÇDİ - VİDEO



Bakıda qadın narkotacir HƏBS EDİLDİ
Polis BÖYÜK ƏMƏLİYYAT KEÇİRDİ: 68 kiloqram narkotiklə həbs olundular
Polis əməliyyat keçirdi - Həbs edilənlər var (VİDEO)
Polis əməliyyat keçirdi - Evdən 2 kiloqramdan artıq "patı" çıxdı
Lənkəranda narkoşəbəkə ələ keçdi
Bakıda ƏMƏLİYYAT: Həbs edilən var
Şirvanda "NARKOTİK OVU": Keçmiş məhkum da işin içində olub
Polis son 6 gündə BÖYÜK ƏMƏLİYYAT KEÇİRDİ: 110 kiloqrama yaxın narkotik ələ keçirildi
Polis əməliyyat keçirdi - Avtomobildən külli miqdarda narkotik tapıldı
Bakıda şok əməliyyat: Ana və oğlu tutuldu
Qusar polisindən əməliyyat: HƏBS EDİLƏNLƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 