Soyuq əllər sağlamlıqla bağlı problemlərin yarandığından xəbər verə bilər.
ONN media xəbər verir ki, bu barədə rusiyalı damar həkimlərinin və damar cərrahlarının birgə rəyində bildirilir.
"Əgər bir adam soyuq əllərdən narahatdırsa, problemin səbəbini öyrənmək lazımdır. Bəzi hallarda soyuq əllər fizioloji normadır, məsələn, ilin soyuq havalarında və ya aşağı hava temeperaturunda.
Ancaq əllər mövsümdən və otaq temperaturundan asılı olmayaraq soyuq olarsa, bu, bəzi sağlamlıq problemlərinə işarə edə bilər", - mütəxəsislər bildiriblər.
Qeyd olunur ki, soyuq əllər ateroskleroz və diabet kimi ciddi xəstəliklərin əlaməti ola bilər. Bundan əlavə, bu simptom tiroid xəstəliyini və digər hormonal pozğunluqları göstərə bilər. Soyuq əllər raynaud xəstəliyində, əl və ayaqların qan tədarükü pozulduqda da müşahidə edilə bilər. Bu problemlə siqaret çəkənlər və aşağı təzyiqli xəstələrin də qarşılaşma ehtimalı var.
"Səbəblər çox ola bilər və belə bir problemi olan bir insana kömək etmək üçün əvvəlcə zərərli vərdişlərdən imtina etməyi, həyatda fiziki aktivliyi və idmanı artırmağı, həkimlərin tövsiyələrini dinləməyi, qan təzyiqini və xolesterol səviyyənizi mütəmadi olaraq yoxlamağı məsləhət görürük", - yayımlanan birgə rəydə tövsiyə olunur.



Soyuq və solğun ayaq ciddi xəstəliklərin əlamətidir
“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası keçiriləcək
Qarpızı bu formada yemək immuniteti zəiflədir
Soyuq barmaqlar bu təhlükədən xəbər verir
“Soyuq əllər, isti ürək”dən İLK GÖRÜNTÜLƏR
İftarda qazlı su və soyuq suyun zərərləri
Soyuq duşun — FAYDALARI
Fəvvarələr meydanında xeyriyyə yarmarkası açıldı — FOTOLAR
Sağlam olmaq istəyirsiniz? - Səhərlər bunu edin
Yayda soyuq piyvənin hansı zərəri var?
Bakıda əyləncə proqramı LƏĞV EDİLDİ
Əl və ayaqlarınızın soyuma səbəbi nədir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 