ONN media bildirir ki, soyuq duş daha gümrah olmağa kömək edir. Son məlumatlara görə, soyuq su qan dövranını da yaxşılaşdırır. Ələlxüsus səhərlər qəbul edilən soyuq duş daha gümrah olmağa imkan verir.
Bunun stress halında olanlara da böyük faydalarının olduğu deyilir. Soyuq duş pis əhval-ruhiyyəni, əsəbiliyi aradan qaldırır.
Çox isti, yaxud isti su ilə saçların yuyulması onların PH dəyərini pozur, quru dərinin daha da qurumasına səbəb olur. İsti su dərinin, həmçinin saçların daha çox yağlanmasına, kəpək yaranmasına da yol açır.
Soyuq su ilə yuyulan saçlar isə daha parlaq olur, gec kirlənir. Bu həm də dəridə olan iltihabi prosesin qarşısını alır.
Soyuq duş artıq çəkili insanlar üçün də faydalı sayılır. Hər gün soyuq duş qəbul etməklə bədəndə yığılan piyləri asanlıqla əritmək olar. Bu, orqanizmdə yığılan toksinlərin kənarlaşmasına da yardım edir.
Bundan başqa, soyuq su ilə yuyunmaq kişilərdə sperma sayının artmasına və onun keyfiyyətinə təsir edir. Kişilərin isti hamamdan, isti duşdan kənar qalmaları, əvəzində soyuq duş qəbul etmələri spermanın azalmasının qarşını alır.
Soyuq su bədəndə olan qidalandırıcı maddələri artırır, hüceyrələri yetərində oksigenlə təmin edir.
Orqanizmin möhkəmlənməsi, immun sisteminin güclənməsi baxımından da soyuq duşun əvəzsiz olduğu bildirilir. Belə olan halda orqanizm viruslarla daha yaxşı mübarizə apara bilir. e-tibb.az



Sağlam olmaq istəyirsiniz? - Səhərlər bunu edin
İsti su içməyin İNANILMAZ FAYDALARI üzə çıxdı - VİDEO
İstinin mənfi təsirlərini azaltmağın yolları
Soyuq əllər bu ciddi xəstəliklərin əlaməti ola bilər - XƏBƏRDARLIQ
İsti havalarda DONDURMA YEMƏK OLMAZ
Yayda soyuq piyvənin hansı zərəri var?
Saç problemləri üçün faydalı məsləhətlər
Soyuq havada dərini necə qorumaq olar?- FAYDALI MƏSLƏHƏTLƏR
İsti duş sağlamlığa ziyan vurur?
Bakının iqlimi dəyişir? - Akademikdən VACİB AÇIQLAMA
Qabları yuyanda bir çox qadınların etdiyi 4 SƏHV
Soyuqdəymədən qorunmaq üçün 7 SADƏ MƏSLƏHƏT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 