Dekabrın 1-dən 2019-ci il yanvarın 6-dək “Nargis Fund” tərəfindən Fəvvarələr meydanında “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası keçiriləcək.
ONN media xəbər verir ki, tədbirin təşkilatçısı "Amapola Exclusive Events" şirkətidir. Oktyabrın 25-dən etibarən şirkət bu sehrli layihədə öz işini başlatdı. İstedadlı bir qrup xeyriyyə yarmarkasının Yeni il dekorasiyasının hazırlanmasında, yarmarkanın açılış və bağlanış mərasimlərinin təşkilində geniş miqyaslı və fəal iş aparır.
Tədbirin yüksək səviyyədə keçirilməsində “Nargis Fund”-a “Azərişıq” ASC, “Bakı Abadlıq Xidməti” MMC və Pasha Security, eləcə də baş sponsorlar olan “Boutique One”, “Azercell”, “Şamaxı Palace”, “Azərbaycan çayı”, “Berg”, “Balkhoorma”, “Zeytun bağları”, “Muğanbank” və “Coca-cola” dəstək göstərəcəklər. Bu ilki xeyriyyə yarmarkası öz konsepsiyasına görə əvvəlkilərdən daha fərqli və yaddaqalan olacaq.
Altıncı ildir keçirilən xeyriyyə yarmarkasından toplanan vəsait ənənəyə uyğun olaraq, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatlarına sərf ediləcək. Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin sakinlərini isə əyləncəli proqramlar, maraqlı tədbirlər və sponsorlardan hədiyyələr gözləyir.
Fəvvarələr meydanında qurulmuş 47 evcikdən hər kəs Yeni il hədiyyələri, suvenirlər, kitablar, geyimlər və s. əldə edə, kiçik rahat kafelərdə çay, kofe, eləcə də digər isti və ya soyuq içkilərdən içə, müxtəlif təamlardan dada bilər.
“Nargis Fund” 2012-ci ildə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən təsis olunub, aktiv fəaliyyətə 2013-cü ildən başlayıb. Məhz həmin il Bakıda xoş ənənəyə çevrilən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının əsası qoyulub. Fondun fəaliyyəti barədə ətraflı məlumatı və “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası haqqında gündəlik xəbərləri nargisfund.com saytından, eləcə də rəsmi sosial şəbəkə resurslarından əldə etmək olar.



Fəvvarələr meydanında xeyriyyə yarmarkası açıldı — FOTOLAR
“Soyuq əllər, isti ürək”dən İLK GÖRÜNTÜLƏR
Bakıda əyləncə proqramı LƏĞV EDİLDİ
“Nargis” fondu iftar süfrəsi açacaq
Leyla Əliyevanın təşəbbüsü ilə xeyriyyə aksiyaları keçirildi
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə aksiyası keçirildi
“Kənddən Şəhərə” Yeni il yarmarkası keçiriləcək
"Türkiyə tək ürək" vəsaiti 115 milyard lirəni keçdi
Təzyiqi və şəkəri olanlar üçün YENİ MƏLUMAT
Təzyiqi və şəkəri olanların nəzərinə
Soyuq əllər bu ciddi xəstəliklərin əlaməti ola bilər - XƏBƏRDARLIQ
Zeynəb Xanlarova ABŞ-da öz adına xeyriyyə fondu açdı
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq 