Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin başçılıq etdiyi nümayəndə heyəti Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunun 200 illik yubileyinə həsr olunmuş “Rusiya və Şərq. Rusiya akademik şərqşünaslığının 200 illiyi” adlı beynəlxalq forumda iştirak edib. Nümayəndə heyətinin tərkibində AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva və digər alimlər olublar.
ONN media -ya AMEA -dan verilən məlumata görə, forumun təntənəli açılış mərasimində Rusiya Federasiyasının Prezidenti V.Putinin, Sankt-Peterburq şəhərinin qubernatoru A.Beqlovun, REA-nın prezidenti, akademik A.Sergeyevin və REA-nın Sankt-Peterburq Elmi Mərkəzinin prezidenti, akademik J.Alfyorovun salamlama məktubları səsləndirilib. Mərasimdə akademik Akif Əlizadə geniş nitqlə çıxış edərək REA Şərq Əlyazmaları İnstitutunun çoxsaylı kollektivini yubiley münasibətilə təbrik edib, Azərbaycan əlyazmaları haqqında kitabları Şərq Əlyazmaları İnstitutunun direktoru, prof. İ.Popovaya təqdim edib.
Forumun ikinci günü “Avrasiya məkanında akademik şərqşünaslıq: tarix və perspektivlər”, “Keçmiş Rusiya imperiyası ərazisində İslam”, “Xristian Şərqinin öyrənilməsi: qırılmış ənənələrin bərpası”, “Türk-monqol dünyası əlyazma və sənədlərdə” və s. adlı dəyirmi masalar təşkil olunub. Dəyirmi masalarda akademiklər Nərgiz Axundova, Teymur Kərimli, Gövhər Bəxşəliyeva, Şahin Mustafayev və digərləri iştirak ediblər.
Növbəti gün akademik Akif Əlizadə Sankt-Peterburq Həmkarlar İttifaqları Humanitar Universitetində təşkil olunan tədbirdə “Müasir Azərbaycan elmi” adlı mühazirə ilə çıxış edib, Azərbaycan dövlətinin elm və təhsilin inkişafına ayırdığı diqqət və qayğıdan danışıb. Universitetin rektoru, professor Aleksandr Zapesotski ilə görüş zamanı gələcək əməkdaşlıq əlaqələri müzakirə olunub. A.Zapesotski AMEA rəhbərinin mühazirəsinin “Universitetin seçilmiş əsərləri” silsiləsindən olan toplunun növbəti sayında yer alacağını bildirib.
Akademik Akif Əlizadə həmçinin, Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunda baş konsul Sultan Qasımovla işgüzar görüş keçirib.



AMEA Rəyasət Heyəti üzvlüyünə seçkilər keçirilib
Azərbaycanda YÜKSƏK VƏZİFƏLİ ŞƏXSLƏR işdən çıxarıldı və...
AMEA -nın prezidenti Akif Əlizadə medalla təltif edildi
Akademik Akif Əlizadə Belarusda medalla təltif edilib
AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirildi
Ramiz Mehdiyev Yaqub Mahmudovu İŞDƏN ÇIXARDI VƏ...
Rasim Əliquliyev AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru seçildi
İsa Həbibbəyliyə yeni vəzifə verilib
Ramiz Mehdiyevə daha bir vəzifə verildi
AMEA-ya yeni vitse-prezident seçildi
Rəyasət Heyətinin növbəti iclası keçirilib
AMEA dövrü bitdi bəs indi nələr olacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 