ONN media xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında 2 kiloqram 65 qram narkotik vasitə-kokainin ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Komitədən verilən məlumata görə, belə ki, külli miqdarda narkotik vasitə-kokain turist qismində gəldiyini bildirən Boliviya Respublikasının vətəndaşı Calle Fernandez Mariaya məxsus qara rəngli çamadanda aşkarlanıb. Belə ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həmin çamadana keçirilmiş baxış zamanı içərisində xüsusi usulla düzəldilmiş gizli saxlanc yerindən 2 kiloqram 65 qram narkotik vasitə-kokain aşkar edilərək götürülüb.
Fakt əsasında Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb.
Calle Fernandez Maria şübhəli şəxs qismində tutulub və təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Aparılmış istintaqla müəyyən edilib ki, Calle Fernandez Maria külli miqdarda kokaini Boliviyanın Santa Kruz de la Sierra şəhərindən avtobusla Braziliyanın Kampo Qrande şəhərinə, oradan hava yolu ilə Sao Paulo şəhərinə, sonra Rio de Janeiro şəhərinə, oradan isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə, son olaraq isə Dubay-Bakı aviareysi ilə Bakı şəhərinə daşıyıb.
Cinayətin törədilməsində iştirakı olan digər şəxslərin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Təyyarə ilə Azərbaycana narkotik gətirmək istədi və...
DTX-dən ƏMƏLİYYAT: həbs olunanlar var
Masallı polisindən əməliyyat: saxlanılanlar var
İsmayıllıda narkotik alverçisi ƏLƏ KEÇDİ
Bakıda ƏMƏLİYYAT: Həbs edilən var
Bakıda FİLM KİMİ ƏMƏLİYYAT: 86 kq narkotik belə ələ keçirildi - VİDEO
Polis son 6 gündə BÖYÜK ƏMƏLİYYAT KEÇİRDİ: 110 kiloqrama yaxın narkotik ələ keçirildi
Naxçıvan gömrükçüləri külli miqdarda narkotik aşkarladı
Azərbaycan-Gürcüstan sərhəddində gərginlik – Saxlanılan var
Gömrükçülər 20 milyon manatlıq heroin aşkarladı
Polis ƏMƏLİYYATLAR KEÇİRDİ: Həbs edilənlər var
Gömrükçülər 133 kq narkotik aşkarladı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 