Bakıda mənzillərdən alpinizm üsulu ilə oğurluq etməkdə təqsirləndirilən Cavid Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
ONN media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən araşdırma zamanı zərərçəkmişlərə dəyən ziyanın məbləği məlum olub.
Onlardan biri də uzun illər Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin rəisi olmuş general-mayor Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev olub.
Məlum olub ki, V. Mirzəyevə 167 min manat ziyan vurulub. Mənzilindən təxminən 150 min manatlıq qızıl və nağd pul oğurlanıb.
Qeyd edək ki, silsilə cinayətin üstü də məhz general oğlunun evində baş verən oğurluqdan sonra açılıb. 2016-cı ildən bəri açılmamış oğurluqlar törədən C.Süleymanovun müəyyən edilməsi və tapılması üçün rəhbərlik tərəfindən ciddi göstəriş verilib. Bundan sonra Xətai RPİ əməkdaşları generalın oğlunun evindən oğurluq edən şəxsi ərazidə təhlükəsizlik kameralarını diqqətlə izləyərək tapa biliblər.
Xatırladaq ki, Vüsal Mirzəyev də vaxtilə polis əməkdaşı olub. Atası daxili işlər orqanlarından çıxdıqdan sonra V.Mirzəyev də ərizə yazaraq, işdən çıxıb. Sahib Mirzəyev hazırda Bakı şəhər İcra Hakimiyyəti başçısının müşaviridir.(kriminalqafqaz.az)



Nazpərinin evindən oğurluq edənlərə CƏZA VERİLDİ
Baş leytenant həbs olundu
Bakıda keçmiş polis əməkdaşının qızından ŞOK CİNAYƏT - HƏBS EDİLDİ
Mənzillərdən oğurluq edən şəxslər saxlanılıb
Bakıda sabiq polis əməkdaşının qızı məhkəmə zalında həbs edilib
ATV-nin aparıcısına BÖYÜK ŞOK - Evindən 37 min manatlıq...
Bakıda lombarddan 6 min manatlıq qızıl oğurlandı
Azərbaycanda DƏHŞƏT - Əmisini öldürdü, sonra isə...
Mahir Əmrəlinin başına iş gəldi
Xətai rayonunda “səliqəli” mənzil oğrusu saxlanılıb
Bakıda yaşlı qadına qarşı CİNAYƏT
Evdən 70 min manatlıq ev kinoteatrı oğurlandı - BAKIDA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 