"Qalib gələcəyimizə ilk dəqiqədən sonadək inanırdım. Hətta top buraxsaqdım belə, komanda yoldaşlarımın qələbə topunu vuracaqlarına əmin idim".
ONN media xəbər verir ki, bunu Qazaxıstanda "Kayrat"ı 2:1 hesabı ilə yendikləri UEFA Konfrans Liqasının IV tur matçından sonra "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı "Report"a müsahibəsində deyib. Azərbaycan millisində də çıxış edən 27 yaşlı qolkiper qrupdakı son 2 oyun barədə düşünməyin hələ tez olduğunu bildirib:
"Hələ "Omoniya" ilə Bakıda və "Bazel" ilə İsveçrədəki qarşılaşmayadək vaxtımız var. Həftəsonu səfərdə "Sumqayıt"la vacib çempionat matçına çıxacağıq. Daha sonra Azərbaycan millisində heç də az əhəmiyyət kəsb etməyən görüşlərimiz olacaq. Millini də dəstəkləmək lazımdır. Artıq uduzmaqdan yorulmuşuq".
Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasında 4 turdan sonra 10 xalla H qrupuna başçılıq edir. İkinci pillədəki İsveçrə "Bazel"inin 8 xalı var. Hər iki komanda sona 2 tur qalmış 2 xala malik Kipr "Omoniya"sı və 1 xalı olan Qazaxıstan "Kayrat"ı üçün əlçatmaz vəziyyətdədir və qrupdan çıxmağı təmin edib.
Azərbaycan millisi noyabrın 11-də Bakı Olimpiya Stadionunda Lüksemburq yığması ilə dünya çempionatının seçmə oyununu, noyabrın 14-də isə Qətərlə yoldaşlıq görüşü keçirəcək. "Qarabağ" isə "Omoniya" ilə noyabrın 25-də, "Bazel" ilə dekabrın 9-da üz-üzə gələcək.



"Qarabağ"a ŞOK İTKİ
Qurbanov "Qarabağ"ın rəqiblərindən danışdı
Şahruddin ciddi zədə aldı
"Kayrat" - "Qarabağ" matçında ikinci hissə başladı - YENİLƏNİR
Şahruddin "ən yaxşılar" siyahısında
Şahruddin Məhəmmədəliyev yenidən "Qarabağ"da! - RƏSMİ
"Qarabağ"dan möhtəşəm qələbə
"Qarabağ" son anda məğlubiyyətdən belə QURTULDU
"Neftçi" FK Azərbaycana xal qazandırdı
Qarabağ-Bazel oyunu bu hakimlərə tapşırıldı
"Qarabağ"ın oyunu təxirə salındı
"Qarabağ" - "Bazel" oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 