Sosial şəbəkələrdə Sabirabad rayon polis şöbəsinin vəzifəli şəxsinin əməkdaşlardan 80 manat tələb etməsini əks etdirən videogörüntü yayılıb. İclas zamanı çəkilən videoda danışan şəxsin polis rəisi olduğu iddia olunub. Həmin şəxs hansısa tədbir üçün hər kəsin 80 manat verməli olduğunu, bir gün ərzində həmin məbləği haradan olursa-olsun tapıb gətirmələrini tələb edir.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov açıqlamasında bildirib ki, “Tik-tok”-da yayılan görüntülərdən məlumatlıdırlar: “Görüntülər qərəzlidir, məqsədli olaraq sosial şəbəkələrə ötürülüb. Bu, 3 il əvvəl Sabirabad RPŞ-nin Post-Patrul bölüyünün iclasında bir müddət bundan öncə daxili işlər orqanlarından mənfi motivlərə görə xaric olunan əməkdaş tərəfindən çəkilib.
Həmin iclasda bir yubiley tədbirinin təntənəli keçirilməsi üçün bölük əməkdaşlarının təşəbbüsü olub. Lakin sonradan tədbir baş tutmayıb. Görüntüdə əks olunan bölük komandiri olub”.



Vilayət Eyvazov Nizam Həmidovu yeni vəzifəyə təyin etdi
Ucar sakinləri yolu bağlamağa cəhd etdilər- SƏBƏB NƏDİR?
Döyülən qazi polis şöbəsinə çağırıldı - DİN
Xaçmazda nə baş verib? - DİN-dən RƏSMİ CAVAB
Lənkəranda polis tələbəni döyüb? - DİN-dən Açıqlama
Avtomobillərə “silah” tuşlayan şəxsin kimliyi bilindi
Bakıda polis qazini döyüb? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda 15 yaşlı qızı ərə verdilər - İŞƏ POLİS QARIŞDI
Sosial şəbəkədə şantaj edən şəxs ələ keçdi
Şəkidə ərə verilən azyaşlı ilə bağlı xəbər var
Bakıda qadını fotoları ilə şantaj etdilər
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 