Deputat sənədsiz evlərin təcili sənədləşdirilməsini təklif edir.
ONN media xəbər verir ki, belə bir təkliflə deputat Kamran Bayramov parlamentdə çıxış edib.
Onun sözlərinə görə, ölkə üzrə bir çox vətəndaşlarımızı narahat edən problemi səsləndirmək istərdim, bu da sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlıdır".
Sənədsiz evlərin sənədləşdirilməsi barədə təklif edən deputat bildirib ki, bu günə qədər ölkə üzrə yüz minlərlə sənədsiz ev mövcuddur: "Hələ 2011-ci ilin mart ayında Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə cənab Prezident rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verib və onun icrası istiqamətində müəyyən işlər də görülüb.
Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna 2015-ci ildə edilmiş dəyişikliklə sənədsiz evlərin qeydiyyatı asanlaşdırılmışdır. Eyni zamanda, cənab Prezidentin 2015-ci və 2019-cu illərdə imzaladığı müvafiq Fərmanlara əsasən 200 minə yaxın fərdi yaşayış evi və mənzil sənədləşdirilib", - o qeyd edib.
Deputat əlavə edib ki, bundan başqa Prezident Administrasiyasının rəhbəri tərəfindən 2019-cu ildə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq sənədsiz tikililər və onların yerləşdiyi torpaq sahələrinin qeydiyyatı məqsədilə yerli ekspert komissiyaları formalaşdırılıb, İqtisadiyyat Nazirliyi tərəfindən sənədsiz tikililərin inventarlaşdırılması işinə başlanılıb və pandemiyanın başlandığı dövrədək Bakıda 163 mindən artıq, regionlarda təxminən 2 min yaşayış məntəqəsi üzrə 75 minə yaxın sənədsiz ev və mənzil, ümumilikdə isə 240 minə yaxın fərdi əmlak invertarlaşdırılıb. Lakin təəssüf ki, pandemiya ucbatından inventarlaşma prosesi bu gün ləngiyir: "Düşünürəm ki, sənədsiz evlərə əmlak amnistiyasının tətbiqi bir çox problemlərin həllinə səbəb olacaq - həm vətəndaşların əmlakları üzərində sərəncam vermək hüququnu təmin edəcək, həm ölkənin daşınmaz əmlak bazarını canlandıracaq, bələdiyyələrin yığdığı fiziki şəxslərin torpaq və əmlak vergiləri üzrə vergitutma bazasını genişləndirəcək, yerli büdcələrə və dövlət büdcəsinə daxil olan vəsaitlərin əhəmiyyətli dərəcədə artmasına xidmət edəcəkdir.
Qeyd etmək lazımdır ki, eyni ləngimə bələdiyyə torpaqları üzərində mülkiyyət sənədlərinin və xəritələrin verilməsi prosesində də yaşanır.
Bununla əlaqədar, sənədsiz evlərin sənədləşdirilməsi və bələdiyyə torpaqları üzərində mülkiyyət sənədlərinin və xəritələrin verilməsi işinin tezliklə başa çatdırılması məqsədilə 2022-ci il dövlət büdcəsində İqtisadiyyat Nazirliyinə ayrılması nəzərdə tutulan vəsaitin artırılmasını xahiş etmək istərdim".



Sənədsiz evi olanların NƏZƏRİNƏ: buna ehtiyac yoxdur
Qeydiyyatsız evlərlə bağlı VACİB AÇIQLAMA
Sənədsiz həyət evi olanlara şad xəbər
Evlərin sənədləşdirilməsi niyə yubadılır? - AÇIQLAMA
Türkiyədə sənədsiz yaşayan azərbaycanlılara ŞAD XƏBƏR
Bakıda bu ərazidəki evlər su qiymətinə satışa çıxarıldı
Sənədsiz evlər hansı halda qazlaşdırıla bilər? - AÇIQLANDI
Sənədsiz evlərlə bağlı YENİLİK
Deputatdan sənədsiz evlərlə bağlı AÇIQLAMA: 500 minə yaxın...
Milli Məclisdə sənədsiz evlərlə bağlı MÜHÜM MÜZAKİRƏ
Sənədsiz evlərin qeydiyyata alınması prosesi nə yerdədir? - RƏSMİ
Sənədsiz evlərlə bağlı xəbər var- Nazir açıqladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 