Bu ilin ilk üç ayı ərzində daşınmaz əmlak üzərində 88 mindən çox mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
ONN media xəbər verir ki, bunu Xəzər TV-yə açıqlamasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsinin departament direktoru Lalə Əkbərova deyib.
Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 21 min 664-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
Departament direktoru sənədsiz evlərlə bağlı məsələyə də toxunub.
Prosesin davam etdiyini deyən Lalə Əkbərova evlərə çıxarışların müəyyən sənədlər əsasında verildiyini bildirib.
Onun sözlərinə görə, sovet dövründə və müstəqilliyin ilk illərində verilən sənədlər hüquqmüəyyənedici olmadığına görə, vətəndaşlar daşınmaz əmlaklarını qeydiyyata aldıra bilməyiblər.
Əmlak Məsələləri üzrə ekspert Elnur Azadov isə bildirib ki, hazırda həyət evləri ilə bağlı amnistiya işləri aparılır. Onun sözlərinə görə, bununla bağlı xüsusi portalın istifadəyə verilməsi nəzərdə tutulur.
Ekspert əlavə edib ki, gələcəkdə müəyyən sənədləri olan əmlakların qeydiyyat prosesi daha sürətli şəkildə aparılacaq.



Evinə çıxarış almaq istəyənlərin NƏZƏRİNƏ
Çıxarışı olmayan mənzil sahiblərinin nəzərinə!
Sənədsiz həyət evi olanlara şad xəbər
Sənədsiz evlərlə bağlı AÇIQLAMA
Bu evlərə "kupça" vermək mümkün olmayacaq - Ekspert
İlham Əliyev bu qanuna dəyişiklik etdi
Baş nazirdən Şuşa ilə bağlı VACİB QƏRAR
Sənədsiz evlərin qeydiyyata alınması prosesi nə yerdədir? - RƏSMİ
Azərbaycanda bu rüsumlar ləğv olundu - QANUN
Bu evlərin satışı dayandırıla bilər?
Əmlak Komitəsinin ləğvi nəyi dəyişəcək? - Ekspert
Həyət evində yaşayanların NƏZƏRİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 