Yazıçı Sadiq Qarayevin “Sarvansız zamanlar” kitabı işıq üzü görüb. ONN media bildirir ki, “Sarvansız zamanlar” Sadıq Qarayevin üçüncü əsəridir. Müəllifin bundan əvvəlki “Sahilsiz təzadlar” və “Sahibsiz kölgələr” əsərləri elmi-fəlsəfi və dedektiv janrda yazılmış iri həcmli romanlar olmuşdur. Qeyd edək ki, “Sarvansız zamanlar” kitabında altı fəsildən ibarət, müxtəlif janrlarda yazılmış əsərlər yer almışdır. I fəsildə hekayələr və esselərdən ibarətdir. Burada Sadıq Qarayev janr, üslub və mətn quruluşu baxımından yeniliklər yarada bilmişdir. Müəllifin “Bir yazı yazmaq istəyirəm”, “Mövcudluq şükranlığı” esseləri poeziyanın nəsrlə vəhdətinin nümunəsidir. II fəsil müəllifin müxtəlif elmi, fəlsəfi və ictimai düşüncələri bədii təxəyüllə təsvir edən yazıları, III fəsildə sadə, mənalı, bəzi hallarda aforizm səviyyəsində səslənə biləcək fikirləri yer almışdır. IV fəsildə Sadıq Qarayevin müsahibələri və publisist məqalələri yer almış, “44 gün” adlanan V fəsil isə Qarabağda tarixi qələbəmizə həsr edilmişdir. Buradakı “And”, “Aləmlərin söhbəti”, “Zoriyə gecikmiş məktub” yazıları üslub, məna və milli dəyərlər baxımından tariximizə, bu günümüzə və qələbəmizə, bayrağımıza, vahid azərbaycançılıq məfkurəsi nöqtəsindən mənalı və əhəmiyyətlidir. VI fəsildə müəllifin müxtəlif vaxtlarda yazdığı şeirlər yer almışdır. Sadıq Qarayevin “Sarvansız zamanlar” kitabında oxuculara təqdim olunan elmi və bədii əsərləri nəticə etibarilə ölkəmizdə xalqımızın müstəqillik dövrünün çətinliklərindən, müharibə sınaqlarından uğurla çıxa bilməsinin əsas səbəbinin gənc dövlətimizin qüdrətli və uzaqgörən sükançılarının olması ilə əlaqələndirilmişdir. Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Sadiq Qarayevin “Sarvansız zamanlar” kitabı



Sadiq Qarayevin kitab təqdimatı oldu
Heydər Əliyev adına Hərbi İnstitutda tədbir keçirilib
Günel Eyvazlının “İşıq” adlı yeni kitabı çap olundu - FOTO
Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Qara Qarayevin kino musiqisi” kitabı işıq üzü görüb
Yunus Oğuzun yeni kitabı işıq üzü görüb- FOTO
Astanada Qara Qarayevin 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib
“Qızıl Kəlmə” Ədəbi Mükafatının qaliblərinin təltifolunma mərasimi keçiriləcək
Yunus Oğuzun obrazları tarixdəki missiyasına tamamilə uyğundur
Bəxtiyar Vahabzadə
Bu gün Qara Qarayevin doğulduğu gündür
Qara Qarayevin 100 illiyi Moskvada qeyd olunub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 