Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Şahmat Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib. Konfransada yeni Federasiya prezidenti seçilib və bu vəzifədə 2007-ci ildən çalışan Mərkəzi Bankın sədri Elman Rüstəmovu Mahir Məmmədov əvəz edib.
ONN media xəbər verir ki, 4 il müddətinə Azərbaycan Şahmat Federasiyasının prezidenti seçilən Məmmədov Mahir Ələsgər oğlu 20 avqust1962-ci ildə Bakı şəhərində anadan olub. 1979-1984-cü illərdə ali təhsilini Azərbaycan Mühəndis İnşaat İnstitutunun "Sənaye və mülki tikinti” fakültəsində inşaat mühəndisi ixtisasında alıb. 1991-1993-cü illərdə Azərbaycan Hidravlik Mühəndislik və Meliorasiya Elmi Tədqiqat İnstitutunda yığma dəmir-beton qurğuları istehsalının kimyəvi işlənməsi işi üzrə aspirantura dərəcəsinə yiyələnib.
1984-cü il avqust-oktyabr aylarında "ƏZİZBƏYOVNEFT” Neft-qaz çıxartma idarəsində 5-ci dərəcəli montajçı, 1986 – 1991-ci illərdə "ВНИИ Железобетон” Zavodu - Dəmir-beton qurğuları istehsalının kimyəvi işlənməsi laboratoriyasında mühəndis – baş elmi işçi, 1991 – 1992-ci illərdə "ARTMA” İstehsalat Şirkətində baş mühəndis, 1992-ci ilin aprel –sentyabr aylarında "STROYPROGRESS” İstehsalat Şirkətində baş mütəxəssis, 1992– 1995-ci illərdə "SANA” Kiçik Müəssisəsinin İstehsalat üzrə direktor müavini, 1995 – 1996-cı illərdə "GRUZNEFTEPRODUCT” Gürcüstan Dövlət Şirkətinin Azərbaycan Nümayəndəliyinin Baş direktoru, 1996 – 2002-ci illərdə "Anglo Oil Corporation” LTD-nin Azərbaycan Nümayəndəliyinin Baş direktoru, 2002 – 2006-cı illərdə "M Building” MMC-nin Direktoru kimi çalışıb. 2006-cı ilin avqust ayından "SOCAR Energy Georgia” Şirkətinin Baş direktoru, noyabr ayından isə ARDNŞ-nin Gürcüstan Nümayəndəliyinin Direktoru kimi çalışıb.
Mahir Məmmədov "SOCAR Energy Georgia” Şirkətinin Baş direktoru olmaqla "SOCAR -Azərbaycan” şahmat klubunun da rəhbəridir.
Mahir Məmmədov 2018-ci ildə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçilib.



Elman Rüstəmov bu vəzifəsindən azad edildi
İşdən çıxarılan oliqarx-məmur Əhməd Əhmədzadə kimdir? – DOSYE
Kürdəmirin həbs edilən icra başçısı kimdir? — DOSYE
“Azərpoçt”un yeni direktoru kimdir?
SOCAR-ın yeni vitse-prezidenti kimdir? - Dosye
Prezident Ayaz Mütəllibovun dəfni ilə bağlı nekroloq imzalayıb
Naftalanın icra başçısı vəfat edib
Prezidentin təyin etdiyi icra başçısı kimdir?- Dosye
İlham Əliyevin işdən çıxardığı 12 ilin icra başçısı kimdir? - DOSYE
BDU-nun rektoru həyatını itirdi
DTX-nın bu gün həbs etdiyi icra başçısı kimdir? - TƏRCÜMEYİ-HAL
Mərkəzi Bankın rəhbərliyinə gətiriləcək şəxs kimdir? - DOSYE
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 