2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın ixracı 16,8 milyard dollar, qeyri-neft sektoru üzrə 2,1 milyard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 607,2 milyon dollar və ya 42 faiz artıb.
ONN media bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"na istinadən məlumat verir.
Hesabat dövründə qeyri-neft ixracında yeyinti məhsulları 3,2 faiz artaraq 582,2 milyon dollar təşkil edib. Qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 3,2 dəfə, mis və ondan hazırlanan məmulatlar 2,2 dəfə, pambıq 87,6 faiz, üzvi kimyəvi birləşmələr 40,6 faiz, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 59,2 faiz, alüminium və ondan hazırlanan məmulatlar 61,7 faiz, qiymətli metallar və ondan hazırlanan məmulatlarda isə 4,3 faiz artım qeydə alınıb.
2021-ci ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (143,8 milyon dollar) birinci olub. Bu siyahıda qızıl (140,1 milyon dollar) ikinci, pomidor (128,2 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
Hesabat dövründə Rusiyaya 522,3 milyon dollar, Türkiyəyə 407,3 milyon dollar, İsveçrəyə 154,9 milyon dollar, Gürcüstana 109,5 milyon dollar və ABŞ-a 48 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.



Azərbaycanın xaricə satdığı pomidorun həcmi açıqlandı
Azərbaycanın Türkiyəyə ixracı azaldı
Azərbaycan qaz ixracını 34 faiz artdı
Hava nəqliyyatı ilə yük daşımalarının dəyəri artdı
Azərbaycanın qeyri-neft ixracı artıb
Azərbaycanda benzin istehsalı artdı
Azərbaycan bu ölkədən mebel və oduncaq ixracını artırdı
Azərbaycan bu ölkəyə qeyri-neft ixracını 40%-dək azaldıb
Kənd təsərrüfatının ümumi məhsulunun dəyəri açıqlandı
Azərbaycanda benzin istehsalı azaldı
Bu, Azərbaycana qızıldan çox xeyir gətirib – 1,4 mlrd. dollar
Bakı əhalisi qeyri-ərzaq məhsullarına nə qədər xərcləyib?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 