2018-ci ilin yanvar-aprel ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 485,3 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 19,3 faiz artıb.
ONN media İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən xəbər verir ki, bu dövrdə Rusiyaya 135,4 milyon, Türkiyəyə 127,2 milyon, Gürcüstana 52,5 milyon İsveçrəyə 39,6 milyon və Çinə 16 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2018-ci ilin ilk dörd ayı ərzində ixrac olunan qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (47,3 milyon ABŞ dolları), tomat (42,5 milyon ABŞ dolları) və xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (35 milyon ABŞ dolları) ilk üç yeri tutub.
Ümumiyyətlə, yanvar-aprel ayları ərzində meyvə-tərəvəz ixracı 111,1 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 45,8 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 44,7 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 22,3 milyon, kimya sənayesi məhsullarının ixracı 18,4 milyon ABŞ dolları olub.
Cari ilin aprel ayında qeyri-neft sektoru üzrə ixrac 128,9 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin aprel ayında ən çox qeyri-neft sektoruna aid mal ixrac edilən ölkələrin siyahısında ilk beşlikdə Rusiya (36,7 milyon ABŞ dolları), Türkiyə (29,6 milyon ABŞ dolları), Gürcüstan (20,6 milyon ABŞ dolları), İsveçrə (5,8 milyon ABŞ dolları) və Çin (4 milyon ABŞ dolları) qərarlaşıb.
Apreldə ixracda tomat (pomidor) birinci (18,5 milyon ABŞ dolları), elektrik enerjisi (13,4 milyon ABŞ dolları) ikinci, emal olunmamış aşqarlanmamış alüminium (8,8 milyon ABŞ dolları) isə üçüncü olub.



Azərbaycanın qeyri-neft ixracı 42 faiz artdı
Azərbaycanın elektrik enerjisi ixracı 2 dəfəyədək artıb
Azərbaycanda dollara tələb artıb
Bu, Azərbaycana qızıldan çox xeyir gətirib – 1,4 mlrd. dollar
Bu il Azərbaycan elektrik enerjisinin ixracını artırıb
Azərbaycanın valyuta ehtiyatları 3 faiz artdı
Hava nəqliyyatı ilə yük daşımalarının dəyəri artdı
Azərbaycan bu ölkəyə qeyri-neft ixracını 40%-dək azaldıb
İxrac edilən bəzi neft-qaz məhsullarının həcmi və dəyəri açıqlandı
Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri 9 dəfə artıb
Azərbaycanın ixrac məhsullarının dəyəri 14 milyard dolları ötüb
Azərbaycanda neft və qaz hasilatı artıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 