Xurmadan gələn gəlir qeyri-neft sektorundan gələn gəlirlərin 1/4-ni təşkil edir
Qeyri-neft sektoru sahəsində görülmüş işlər nəticəsində 2017-ci ilin 11 ayı ərzində ixrac olunan qeyri-neft məhsulları ötən ilin analoji dövrü ilə müqayisədə 22% artıb.Bunun pulla ifadəsi 1,347 milyard dollardır. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda məlumat verilib.
Azərbaycanın qeyri-neft ixracının əsas bazarı bu il Rusiya olub. Bu ölkəyə 11 ay ərzində 498 milyon dollar həcmində məhsul ixrac edilib. Daha sonra Türkiyəyə 264, İsveçrəyə 133, Gürcüstana 120, İtaliyaya 52 milyon dollar həcmində məhsul çıxarılıb.
Göründüyü kimi, Rusiya bazarı qeyri-neft sektoruna aid məhsulların ixracında vacib rol oynayır. Onun ixrac payı ümumi ixracın 35,9%-ni təşkil edir.
İxrac edilən əsas mallar pomidor (140,2 milyon dollar); qızıl (116,4 milyon dollar); fındıq ləpəsi (104,7 milyon dollar) və polietilendir (59,5 milyon dollar). 2017-ci ilin 11 ayının yekunlarına görə, ümumilikdə 453 milyon dollar həcmində meyvə-tərəvəz ixrac olunub ki, bu da ümumi ixrac olunan məhsulların 32,6%-i deməkdir.
Bu ilin noyabrında ixrac əməliyyatları 442 subyekt tərəfindən həyata keçirilib və onların da xaricə göndərdikləri məhsulların həcmi 168 milyon dollardır. Xurma ixrac edilən məhsullar arasında şəriksiz liderdir. Noyabrda xaricə 39,7 milyon dollar dəyərində xurma ixrac edilib. Bu isə qeyri-neft sektorunda ixrac edilən məhsulların 23,6%-i deməkdir. İkinci mövqeni qızıl (17,9 milyon dollar), sonrakıları isə fındıq ləpəsi (16,1 milyon dollar) və pomidor (8,7 milyon dollar) tutur.
Yeri gəlmişkən, tez xarab olan məhsul hesab edilən xurmanın ixrac edildiyi əsas yer Rusiya bazarıdır. Bunu təsdiqləmək üçün statistikaya nəzər yetirmək kifayətdir. Noyabr ayında Rusiyaya ixrac edilən məhsulların həcmi 74 milyon dollar təşkil edib və bu rəqəm qeyri-neft sektorunun ümumi həcminin 44%-nə yüksəlib. Sonrakı yerdə 21 milyon dollarla Türkiyə, 18 milyon dollarla İsveçrə, 12 milyon dollarla Gürcüstan, 7 milyon dollarla İtaliya gəlir.
İlin əvvəlindən az-çox artım tempi xam pambığın ixracında 2,3 dəfə, elektrik enerjisində 2 dəfə, çayda 65%, meyvə-tərəvəzdə 35%, kimya sənayesinin məhsullarında 35% hiss edilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycan Respublikası prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli qərarı ilə yaradılıb.
Mərkəzin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.



Azərbaycanın qeyri-neft ixracı 42 faiz artdı
Azərbaycanın xaricə satdığı pomidorun həcmi açıqlandı
Azərbaycan bu ölkəyə qeyri-neft ixracını 40%-dək azaldıb
Bu ölkədən Azərbaycana balıq ixracı böyük həcmdə artıb
Azərbaycanın ixrac məhsullarının dəyəri 14 milyard dolları ötüb
Rusiya Azərbaycana 6,3 milyard dollar yatırıb
Azərbaycan ən çox bu ölkələrə məhsul ixrac edib - SİYAHI
Azərbaycanda neft və qaz hasilatı artıb
Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI
Dünya bazarında neftə tələb artdı - Ekspert
Azərbaycana məhsul idxal edən ölkələr — SİYAHI
SOCAR-ın yeni zavodu ixracı nə qədər artıracaq?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 