Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Türkiyənin hərbi istehkamçıları ilə birgə azad olunmuş ərazilərimizin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərini davam etdirir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə yollar minalardan təmizlənir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqeləri istiqamətində yeni təminat yollarının çəkilməsi üzrə mühəndis işləri icra edilir.
Noyabrın 22-dən dekabrın 2-dək yalnız Tərtər-Goranboy rayonları istiqamətində yeni yolların çəkilməsi zamanı qarşı tərəfdən qurulmuş Ermənistan istehsalı olan 537 ədəd piyada əleyhinə, 101 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
İşğaldan azad olunmuş ərazilərimizdə mühəndis-istehkam bölmələri tərəfindən bu günədək ümumilikdə 13177 hektar ərazi minalardan təmizlənib, 616 kilometr yol çəkilib, 16860 mina və partlamamış döyüş sursatı aşkar olunaraq məhv edilib.
Yaşayış məntəqələrimizin, əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamına verilən Türkiyənin Milli Müdafiə Nazirliyinin tabeliyində olan ASFAT AŞ şirkəti tərəfindən istehsal olunan "MEMATT" (Mexanik Mina Təmizləmə Təchizatı) texnikaları da cəlb edilib.
Bölmələrimizin azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə tədbirləri davam etdirilir.



Müdafiə Nazirliyi yeni məlumat yaydı
Qarabağda aşkar olunan minaların sayı... - MN
MN: "Azad edilən ərazilərdə mühəndis təminatı üzrə tədbirlər davam etdirilir"
Qarabağda bu tədbirlər davam etdirilir - RƏSMİ
SON DƏQİQƏ: MN Qarabağdakı vəziyyətlə bağlı məlumat yaydı
İranla sərhədimizdə 38 mina tapılıb
Laçın və Kəlbəcərdə 700 km-ə yaxın yeni yol çəkilib - Nazirlik
Ağdam minalardan tam təmizləndi
Müdafiə Nazirliyi rəsmi məlumat yaydı
Kərim Vəliyev mühəndis-istehkam qoşunlarının hazırlığını yoxlayıb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 