Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Türkiyənin hərbi istehkamçıları ilə birgə azad olunan ərazilərimizin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərini davam etdirir.
Müdafiə Nazirliyindənverilən məlumata görə, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yolları çəkilir.
Azad olunan ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində dekabrın 1-dən 10-dək 342 ədəd piyada və tank əleyhinə minanın aşkar olunaraq zərərsizləşdirilməsi ilə 96,7 hektar ərazi təmizlənib.
Ümumilikdə azad olunan ərazilərdə bu günədək mühəndis qoşunları tərəfindən 17 202 mina və partlamamış döyüş sursatı aşkar olunaraq məhv edilib, 13 273 hektar ərazi minalardan təmizlənib, digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə 628 kilometr yol çəkilib.
Yaşayış məntəqələrimizin, əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamına verilən Türkiyənin Milli Müdafiə Nazirliyinin tabeliyindəki ASFAT AŞ şirkəti tərəfindən istehsal olunan "MEMATT" (Mexanik Mina Təmizləmə Təchizatı) texnikası da cəlb edilib.
Azad olunan ərazilərimizdə mühəndis təminatı üzrə tədbirlər davam etdirilir.



Qarabağda aşkar olunan minaların sayı... - MN
Tərtər-Goranboy istiqamətində 638 ədəd mina zərərsizləşdirilib - MN
SON DƏQİQƏ: MN Qarabağdakı vəziyyətlə bağlı məlumat yaydı
MN: "Azad edilən ərazilərdə mühəndis təminatı üzrə tədbirlər davam etdirilir"
Qarabağda bu tədbirlər davam etdirilir - RƏSMİ
Laçın və Kəlbəcərdə 700 km-ə yaxın yeni yol çəkilib - Nazirlik
İranla sərhədimizdə 38 mina tapılıb
Azərbaycan-İran sərhədində minlərlə mina və silah-sursat aşkarlandı
Qarabağda SON DURUM
MN: Türkiyədən yeni mühəndis texnikaları gətirildi - VİDEO
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 