Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri azad olunan ərazilərimizin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərini davam etdirir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Mühəndis-istehkam bölmələri tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir, dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yolları çəkilir. Həmçinin əkin sahələrinin minalardan təmizlənməsi üzrə fəaliyyətlər icra olunur.
Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.
Azad olunan ərazilərdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində 2022-ci ilin əvvəlindən bu günədək 955 hektardan artıq ərazi tam təmizlənib, 233 ədəd mina və partlamamış döyüş sursatı aşkar olunaraq məhv edilib.
Ümumilikdə işğaldan azad olunan ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 14448 hektardan artıq ərazi tam təmizlənib, 6092 ədəd piyada əleyhinə, 2159 ədəd tank əleyhinə və 9237 ədəd müxtəlif növdə partlamamış hərbi sursat aşkarlanaraq məhv edilib.
Azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkar olunaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir.



MN: "Azad edilən ərazilərdə mühəndis təminatı üzrə tədbirlər davam etdirilir"
Müdafiə Nazirliyi yeni məlumat yaydı
SON DƏQİQƏ: MN Qarabağdakı vəziyyətlə bağlı məlumat yaydı
Tərtər-Goranboy istiqamətində 638 ədəd mina zərərsizləşdirilib - MN
Qarabağda bu tədbirlər davam etdirilir - RƏSMİ
Laçın və Kəlbəcərdə 700 km-ə yaxın yeni yol çəkilib - Nazirlik
MN: Türkiyədən yeni mühəndis texnikaları gətirildi - VİDEO
Qarabağda SON DURUM
Ağdam minalardan tam təmizləndi
Kərim Vəliyev mühəndis-istehkam qoşunlarının hazırlığını yoxlayıb
İranla sərhədimizdə 38 mina tapılıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 