“Televiziyalarda yayımlanan verilişlərlə bağlı daim monitorinq aparılır və verilişlərin qanunla müəyyən edilmiş normalara uyğun olub-olmadığı yoxlanılır”.
ONN media xəbər verir ki, bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov deyib.
O bildirib ki, verilişlərin bayağı olub-olmamasını müəyyən etmək üçün qanunvericilik bazası yoxdur:
“MTRŞ və ya digər qurumun müstəqil redaktor fəaliyyətinə müdaxiləsi qadağandır. Əks halda bu, senzura amili olar. Yəni hər hansı bir verilişə bayağı deyərək onu bağlamaq qəbuledilməz bir yanaşmadır. Təbii ki, burada başqa bir məqam var. İctimai qınaq öz sözünü deyir və Şuranın da bu istiqamətdə tövsiyələri olur”, – deyə İ.Səttarov bildirib.
Onun sözlərinə görə, bəzən sosial məzmunlu verilişlərdə konkret qanun pozuntuları qeydə alınır və həmin qanun pozuntularına görə də cərimələr tətbiq edilir:
“Tək sosial verilişlərdə deyil, digər verilişlərdə, o cümlədən xəbərlərdə də problemlər olur. Biz bunları müzakirə edirik, baş redaktorları, xəbər redaktorlarını, aparıcıları dəvət edirik. Bəzi ümumi məsələlər, mövzular var ki, onun ictimailəşdirilməsi, yayımı qadağan deyil, amma cəmiyyət tərəfindən çox pis qarşılanır və ona görə də bəzi mövzular var ki, onlara toxunmamaq məsləhət görülür. Aparıcılar da, redaktorlar da bunları anlayışla qarşılayırlar.
Bir misal gətirim. 11 yaşlı qızın zorlanması faktı çox geniş işıqlandırıldı. Ondan sonra bizim televiziya rəhbərləri, baş redaktorlarla müzakirələrimiz oldu ki, gələcəkdə belə hallar olanda təqdimat formasına diqqət yetirilsin. Yəni təqdimat cəmiyyəti narahat etməyəcək şəkildə olmalıdır. Məlumatı təqdim etmək formasından da çox şey asılıdır. Əgər sən o hadisədən böyük bir şou yaradırsan və yaxud hansısa doğru olmayan məsələləri ora əlavə edirsənsə, bu, əlbəttə pozuntudur. Çalışırıq ki, həm qanunvericiliyin tələblərini pozmadan, həm də ictimai maraqları nəzərə alaraq bu cür halların qarşısı alınsın”, - deyə MTRŞ sədri vurğulayıb.



MTRŞ-də YENİ TƏYİNAT
Milli Televiziya və Radio Şurasına yeni sədr seçildi
MTRŞ narazılığa səbəb olan verilişlərin adlarını açıqladı — SİYAHI
"İctimaiyyət bu verilişlərdən çox narazıdır"- MTRŞ-dan xəbərdarlıq
MTRŞ ləğv edilir?
MTRŞ sədri özəl kanalları SƏRT QINADI
MTRŞ telekanallardan birini cərimələdi
Nuşirəvan Məhərrəmli 18 illik vəzifəsini tərk etdi
MTRŞ bu kanalı cəzalandırdı - YAYIM DAYANDIRILACAQ
MTRŞ: Efirdə ədəbsiz ifadə, söyüş...
MTRŞ-dan Şəbnəm Tapdığın müraciətinə CAVAB
MTRŞ seriallarda narahat edən məqamları AÇIQLADI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 