Göyçay rayonu Kürdəmiş kəndindəki soyuducu anbara qanunsuz daxil olan naməlum şəxs üzərində olan ov tüfəngindən havaya atəş açıb və obyektin mühafizəçilərinə hədə-qorxu gəlib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, hadisə ilə əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Nəticədə cinayət əməlini törətməkdə şübhəli bilninən şəxsin rayonun Bığır kənd sakini Elvin Rəşidov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Şəxsi axtarış zamanı E.Rəşidovdan narkotik vasitə olan tiryək və soyuq silah hesab edilən bıçaq da aşkarlanıb. Davam etdirilən tədbirlərlə E.Rəşidovun yaşadığı ünvana da baxış keçirilib. Oradan isə hadisə zamanı istifadə etdiyi, qanunsuz olaraq saxladığı “TOZ” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Göyçayda keçmiş məhkum yenidən tutuldu
Zaqatalada ƏMƏLİYYAT: Həbs edilən var
Qusar polisindən əməliyyat: HƏBS EDİLƏNLƏR
Azərbaycanda ŞOK OLAY: Həbsxanadan çıxandan 15 dəqiqə sonra...
Tərtərdə əməliyyat - Saxlanılanlar var
Masallı polisindən əməliyyat: saxlanılanlar var
Şabranda narkotacir saxlanıldı
Lənkəranda narkoşəbəkə ələ keçdi
“Poz, qazan” lotereyalarını oğurlayan şəxs saxlanıldı
Həbsdən çıxandan 15 dəqiqə sonra cinayət törədən şəxslə bağlı QƏRAR VERİLDİ
Polis əməliyyat keçirdi - Avtomobildən külli miqdarda narkotik tapıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 