Şəkidə cəzaçəkmə müəssisəsindən çıxdıqdan bir neçə dəqiqə sonra təkrar cinayət törədən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şəki rayon sakininə məxsus “VAZ-2107” markalı avtomobilin şəhər ərazisindən naməlum şəxs və yaxud şəxslər tərəfindən qaçırılması barədə Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsi Ağdaş rayonu Yeniarx kəndi ərazisində tərk edilmiş vəziyyətdə aşkarlanıb və hadisəni törədən şəxsin Göyçay şəhər sakini Heydər Heydərli olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və istintaqa təhvil verilib.
Araşdırma zamanı məlum olub ki, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş H.Heydərli həbs müddəti başa çatıb, cəzaçəkmə müəssisəsindən çıxdıqdan təxminən 15 dəqiqə sonra avtomobili qaçırıb və yaşadığı Göyçay rayonuna getmək istəyib. Lakin təkəri partladığından o, nəqliyyat vasitəsini yolun kənarında tərk edib.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, H.Heydərli təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.



Həbsdən çıxandan 15 dəqiqə sonra cinayət törədən şəxslə bağlı QƏRAR VERİLDİ
Zaqatalada 9 il əvvəl qətl törədən şəxs saxlanıldı
“Poz, qazan” lotereyalarını oğurlayan şəxs saxlanıldı
Atəş açıb mühafizəçini hədələdi - Göyçayda şok hadisə
Azyaşlının pulunu oğurlayan şəxs saxlanıldı
Qaçırdığı maşını yandırdı - ŞOK OLAY
Azərbaycanda dayı-bacıoğlu həbs edildi - BU ƏMƏLƏ GÖRƏ
20 il həbs yatmış şəxs yenidən cinayət törətdi — SƏRHƏDDƏ TUTULDU
Gəncədə maşınları soyan şəxs saxlanıldı
Göyçayda keçmiş məhkum yenidən tutuldu
Hacıqabul polisindən əməliyyat: saxlanılan var
Azərbaycanda evləri yandıran şəxs ƏLƏ KEÇDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 