Azərbaycan Televiziyası (AzTV) Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar sənədli film hazırlayıb.
AzTV-dən verilən məlumata görə, televiziyanın nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, film "Prezident. Təkrarsız diplomatiya” adlanır.
Ekran işində prezidentlər, dövlət və hökumət başçıları, dünyanın aparıcı siyasi xadimləri, beynəlxalq təşkilatların rəhbərləri və nüfuzlu jurnalistlərin müsahibəsi yer alır. Onlar Azərbaycan Prezidentinin şəxsi keyfiyyətləri, prinsipial mövqeyi və qlobal liderliyini şərtləndirən xarakterik məqamları şərh ediblər.
Filmdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Prezident İlham Əliyevin Azərbaycan üçün gördüyü işlər barədə danışıblar.
R.T.Ərdoğan qeyd edib ki, İlham Əliyevlə davam edən inkişafla Azərbaycan bölgədə cazibə mərkəzinə çevrilib.
V.Putin isə Azərbaycan Prezidentinin əsas məqsədinin öz ölkəsini, Azərbaycan xalqını xoşbəxt görmək olduğunu vurğulayıb.
N.Nazarbayev Azərbaycan xalqının müstəqillik illərində çətin şərtlər daxilində enerjili, müdrik liderin rəhbərliyi ilə inkişaf etdiyinə diqqət çəkib.
"Prezident. Təkrarsız diplomatiya” filmində Azərbaycanın iqtisadi arenadakı uğurlarından danışılıb, həyata keçirilən əhəmiyyətli layihələrdən bəhs edilib. Qeyd olunub ki, iqtisadi müstəqilliyin verdiyi güc siyasi müstəqilliyi möhkəmləndirib və ölkənin bir nömrəli probleminin – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırıb.
Müzəffər Ali Baş Komandanın və ordusunun Vətən müharibəsindəki qələbəsinə filmdə xüsusi yer ayrılıb.
Vladimir Putin bununla bağlı müsahibəsində bildirib ki, İlham Əliyevin müdrikliyi hərbi əməliyyatların dayandırılmasına öz töhfəsini verib.
Filmin ideya müəllifi Rövşən Raqifoğlu, ssenari müəllifi Rüfət Həmzəyevdir. Montajı isə Qafar Məhərrəmova məxsusdur.
Film Prezident İlham Əliyevin doğum günü - 24 dekabrda saat 12:00-da, 16:00-da və 22:00-da AzTV-də yayımlanacaq.



Ərdoğan Prezident İlham Əliyevi təbrik etdi
Mehriban Əliyeva haqqında sənədli film hazırlandı - VİDEO
Heydər Əliyevin nadir kadrları nümayiş olunacaq
20 Yanvarla bağlı yeni sənədli film nümayiş olunacaq - VİDEO
Ərdoğan İlham Əliyevə telefonla zəng etdi
Ərdoğan İlham Əliyevə zəng etdi
İlham Əliyev və Ərdoğan arasında görüş keçirildi
İlham Əliyev Ərdoğana zəng etdi
Ərdoğan İlham Əliyevə zəng etdi
Ərdoğanın rəsmi qarşılanma mərasimi oldu
Ərdoğan İlham Əliyevə zəng etdi
Ərdoğan Bakıya səfərə gələcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 