Azərbaycan Televiziyası (AzTV) Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasının 50 illiyinə həsr olunan televiziya filmi hazırlayıb. AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Sabahın zabitləri” adlı filmdə liseyin tarixinə nəzər yetirilib, burada təhsil alanların müsahibələrinə yer ayrılıb. Çəkilişlər liseydə aparılıb, təhsil ocağının Vətən müharibəsində iştirak etmiş qəhrəmanlarından da bəhs edilib. Filmdə nadir kadrlar da yer alıb. Belə ki, lisey 1971-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Ümummilli lider 1973-cü ildə təhsil müəssisəsinin ilk məzun buraxılışında iştirak edib. Liseyin ilk məzunlarının da əks olunduğu nadir kadrlar filmdə nümayiş olunacaq. Xatırladaq ki, 2019-cu ildə liseyin binası əsaslı təmirdən sonra istifadəyə verilib. Prezident İlham Əliyev açılışda iştirak edib. Həmin açılışdan olan kadrlar da filmdə əks olunacaq. “Sabahın zabitləri” filminin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Elvin Mirzəyev, operatoru Adil Abbasovdur. Sənədli film bu gün - aprelin 24-ü saat 18:30-da AzTV-də yayımlanacaq.
Heydər Əliyevin nadir kadrları nümayiş olunacaq



İlham Əliyev sərəncam imzaladı
Vətən Müharibəsi Qəhrəmanı rəis təyin edildi
20 Yanvarla bağlı yeni sənədli film nümayiş olunacaq - VİDEO
Prezidentdən müavinətlərin artırılması barədə sərəncam
“İlham Əliyev və ordu quruculuğu”: Seminar - Foto
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi
“Naxçıvanski” məzunlarının növbəti buraxılışı oldu
Bakıda bu məktəb və liseylərin məzunları qızıl və gümüş nişanlara layiq görülüb - SİYAHI
Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısına dəyişiklik edilib
Zakir Həsənov hərbi liseyin bir qrup əməkdaşını mükafatlandırdı
Nazirlər Kabineti Cəmşid Naxçıvanski ilə bağlı qərar verdi
Rəsulzadə adına lisey binası niyə söküldü?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 