Ölkəmizdə reallaşmaqdan olan və 1,5 milyard manata yaxın dəyəri olacaq yeni sosial paket 2 milyondan artıq vətəndaşımızı əhatə edəcək. Mühüm məqamlardan biri də əməkhaqqı, müavinət və digər artımların özəl sektora və kənd təsərrüfatında çalışanların sosial vəziyyətinə necə təsir göstərməsidir.
ONN media xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.

Deputat bildirib ki, sosial paketin icrası yalnız dövlət sektorunda çalışanlar üçün deyil, həmçinin özəl sektor üçün də vacib hesab olunur: "Əvvəlla, 2022-ci ilin dövlət büdcəsində sosial xərclərin payı 46,4 faizə qədər yüksələcək. Bu isə ondan xəbər verir ki, gələn il büdcədən ayrılacaq hər 2 manatdan təxminən 1 manatı sosial sferaya yönəldiləcək. Bu, sosial istiqamətə 14 milyard manata yaxın vəsaitin ayrılması anlamına gəlir. Sosial ayırmaların atması ishehlakı artıracaq və bu da özəl sektorun, xüsusən də xidmət, ictimai iaşə, turizm və s. sahələrin dövriyyəsinin artması baxımından vacibdir. Çünki maaş artdıqca, istehlak da artır və nəticədə özəl sektorun gəlirlərini çoxaldır. Bu, həmçinin özəl sektorda çalışanların maaşlarının artması və yeni iş yerlərinin artırılması baxımdan da maliyyə baza formalaşdırır. Digər tərəfdən, minimum əməkhaqqı sadəcə dövlət sektorunda çalışanlar üçün deyil, bütövlükdə ölkə üzrə tətbiq olunur. Bu isə o deməkdir ki, özəl sektorda da gələn aydan 300 manatdan az əməkhaqqı vermək mümkün olmayacaq".ƏTRAFLIBarni Azerbaijan
V.Bayramov qeyd edib ki, sosial paket aqrar sektorda çalışan və pay torpağı olanlar üçün yeni məşğulluq imkanları təklif edir: "Belə ki, gələn aydan etibarən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan vətəndaşlarımızın haqqı ödənilən ictimai işlərə, habelə özünüməşğulluğa cəlb olunması nəzərdə tutulur. Yəni, əvvəllər özünüməşğulluq və digər aktiv sosial proqramlarda iştiraka mane olan "pay torpağı sahiblik" artıq əngəl olmayacaq. Pay torpağı olanlar da pulsuz aktivlərə, o cümlədən sosial iş yerlərinə müraciət edə biləcəklər. Digər tərəfdən, istehlakın artması kənd təsərrüfatı məhsullarına tələbə də təsir göstərəcək.
Bütövlükdə, dövlət sektorunda əhatəli sosial proqramlar özəl sektorun inkişafına da xüsusi təkan verir. Bu baxımdan, gələn il Azərbaycanda istehlakın, o cümlədən xidmətlərə tələbin artacağı gözlənilir".



Maaş və pensiyalar 40 faizə qədər artacaq - Deputat AÇIQLADI
Əhaliyə ŞAD XƏBƏR: pensiya və maaşlar artacaq - BU TARİXDƏN
Pensiya və maaşlar nə qədər artacaq?
Maaş artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazir
Ölkədə işləyənlərin sayı azaldı: nə baş verir?
Pensiya, maaş və müavinətlər yenə artacaq? - Açıqlama
Sərəncam Azərbaycanı MDB-də II yerə qaldırdı
Builki sosial islahatlar paketi barədə RƏSMİ AÇIQLAMA
Hadi Rəcəbli: “Büdcə vətəndaşlara xidmət etməlidir”
Pensiyalarla bağlı əhaliyə şad xəbər
Prezidentin sərəncamı neçə nəfərin maaşına təsir etdi?
Əhaliyə ŞAD XƏBƏR: pensiya və maaşlar yenidən artırılacaq
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 