"Gecikmədən mənzil sahibi olmaq daha sərfəlidir".
Davam edən pandemiya şəraiti və iqlim dəyişiklikləri qlobal bazarda qiymət artımlarına və inflyasiya dərəcəsinin yüksəlməsinə səbəb olur. Bu da yerli bazarlara öz təsirini göstərir.
Ümumilikdə, qiymət artımlarını iqtisadiyyatın əksər sahələrində hiss etmək mümkündür. Ötən il paytaxt ərazisində daşınmaz əmlak bazarında müşahidə olunan bahalaşmanın bu il də artan inflyasiya fonunda davam edib-etməyəcəyi də sual doğurur
ONN media bildirir ki, daşınmaz əmlak üzrə ekspert, Emlak.az saytının mütəxəssisi Bəhruz Həsənov “Ölkə.Az”a açıqlamasında bildirdi ki, hazırda bazarda müvəqqəti olaraq durğunluq müşahidə edilir: “Satışda kifayət qədər çox daşınmaz əmlak olsa da, alıcı çox azdır. Ənənəvi olaraq ilin dəyişməsi, insanlar arasında vayuta məzənnəsinin dəyişəcəyi ilə bağlı gözləntilər alqı-satqıya olan marağı azaldır, alıcıları və satıcıları daha ehtiyatlı davranmağa məcbur edir”.
Ekspertin sözlərinə görə, buna baxmayaraq 2022-ci ildə mənzil qiymətlərində artım olacağı proqnozlaşdırılır: “Qiymət artımına səbəb olan təbii proseslər var. Əsasən tikilməkdə olan yeni binalarda qiymətlərin qalxması gözlənilir. Buna səbəb ötən ildən etibarən tikinti materiallarının kifayət qədər bahalaşması (2 dəfəyə qədər), həmçinin tikiləcək binalar üçün tikintiyə yararlı torpaqların az və yüksək qiymətə olmasıdır.
Bütün bu proqnozları ümumiləşdirsək, il ərzində mənzillərin satış qiymətlərində 15-20% artım ola biləcəyini deyə bilərik. Bahalaşma daha çox Bakının ən çox mərkəz və mərkəz ətrafı ərazilərində ola bilər. Buna səbəb isə qeyd olunan ərazilərdə tikintiyə yararlı torpaq sahələrinin məhdud sayda və yüksək qiymətlərlə təklif olmasıdır.
İldən-ilə qiymətlərin artması tendendensiyasını nərəzə alsaq, əlbəttə gecikmədən mənzil sahibi olmaq daha sərfəlidir”.
Qiymətlərin əsasən il sonuna qədər artacağını vurğulayan B. Həsənov yeni binalarda isə yay aylarında qiymətlərdə müvəqqəti enmələrin müşahidə edilə biləcəyini qeyd etdi.
“Kirayə mənzil bazarında tələbat həmişəki kimi kifayət qədər çoxdur. Təəssüf ki, böyük tələbat qarşılığında təkliflər məhdud saydadır. Yəni kirayə mənzil axtaran çox insan olsa da, mənzil tapmaq çətindir. Mənzillərin satış qiymətindəki il ərzində olan artımı nəzərə alsaq, kirayə mənzillərin qiymətində 20%-ə qədər artım ola biləcəyini deyə bilərik”, - deyə ekspert əlavə edib.



Bakıda mənzilin və torpağın qiyməti artdı
Ev almaq istəyənlərə pis xəbər
Bu mənzillərin qiyməti KƏSKİN BAHALAŞACAQ
Ev almaq istəyənlərin DİQQƏTİNƏ
Ev almaq istəyənlərin nəzərinə! - VİDEO
Bakıda ev almaq istəyənlərin NƏZƏRİNƏ
Mənzil bazarındakı son durum açıqlandı
Mənzil bazarında bahalaşma var
Evlər bahalaşmağa başlayıb — SƏBƏBLƏR
Bakıda kirayə mənzillər sürətlə ucuzlaşır
Ev almaq istəyənlərin NƏZƏRİNƏ
Bakıda mənzillər ucuzlaşıb - SƏBƏB?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 